SİYASƏT
Enrike Qaspar: Azərbaycan ilə İspaniya arasında münasibətlərin daha da inkişafı üçün böyük potensial mövcuddur
Madrid, 27 may, AZƏRTAC
Hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə Azərbaycan kimi stabil və etibarlı dövlətin əhəmiyyətini daha yaxşı anlamaq olar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Madriddə 28 May - Müstəqillik Günü və Azərbaycan ilə İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş qəbulda iştirak edən “İspaniya İpək Yolu” İnstitutunun vitse-prezidenti Enrike Qaspar deyib.
E.Qaspar qeyd edib ki, iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün böyük potensial mövcuddur: “Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə iştirak etməkdən qürur duyuram”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid