DÜNYA
Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa Misirin yeni Konstitusiyasının işlənib hazırlanması üzrə komissiyaya başçılıq etmişdir
Əmman, 9 sentyabr (AZƏRTAC). Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa Misirin yeni Konstitusiyasının layihəsinin işlənib hazırlanması ilə məşğul olacaq komissiyanın sədri təyin edilmişdir. Komissiya 60 gün ərzində ölkənin Əsas Qanununa dəyişikliklər etməlidir.
“Əllilər komissiyası” adlandırılan komissiyada əsas siyasi partiyaların, vətəndaş cəmiyyətinin, dünyəvi müxalifətin, dini icmaların, tələbə həmkarlar ittifaqları birliklərinin və qadın hərəkatlarının nümayəndələri təmsil olunmuşdur.
Konstitusiya layihəsinin yekun variantı ümumxalq referendumuna çıxarılacaqdır.
Qeyd edək ki, iyulun 3-də prezident Məhəmməd Mursinin devrilməsindən sonra əvvəlki konstitusiya qüvvədən düşmüş elan edilmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman