DÜNYA
Ərəb şahzadəsi “Forbes” jurnalı ilə əməkdaşlığı dayandırmışdır
Bakı, 8 mart (AZƏRTAC). Səudiyyə Ərəbistanının şahzadəsi əl Valid Bin Təlal dünyanın ən nüfuzlu jurnallarından biri olan “Forbes” ilə bütün əlaqələri kəsdiyini, əməkdaşlığı dayandırdığını bəyan etmişdir. Səbəb isə jurnalın “Dünyanın ən varlı adamları” ənənəvi reytinqində şahzadənin varidatının 19,6 milyard dollar yazılaraq 26-cı yerə layiq bilinməsidir.
Şahzadə əl Valid bin Təlal “Forbes”in baş redaktoru Stiven Forbsa ünvanladığı məktubunda reytinqin qərəzli, qeyri-obyektiv olduğunu bildirərək adının siyahıdan çıxarılmasını tələb etmişdir.
Şahzadə bin Təlal Səudiyyə Ərəbistanındakı “Kingdom Holding” investisiya fondunun səhmlərinin 95 faizinin sahibdir. “Bloomberg” və “Reuters” ekspertləri, habelə “The Wall Street Journal” bin Təlalın 28 milyard dolların yiyəsi olduğunu bəyan etmişlər.
Şahzadə hesab edir ki, “Forbes” ekspertləri ona məxsus şirkətlərin səhmlərinin dəyərini Səudiyyə Ərəbistanı birjasındakı kotirovkalar əsasında hesablamadıqlarına görə varidatı belə az göstərilmişdir.
Jurnal şahzadənin açıqlamalarını hələ ki, şərh etməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]