Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni terroru: Xocalı faciəsi

Erməni terroru: Xocalı faciəsi

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımından 30 il ötür. XX əsrin faciəsi olan Xocalı soyqırımı cinayətkar erməni siyasətinin nəticəsidir. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı bir əsrdə 3 dəfə (1905-1097, 1918-1920 və 1992-ci ildə) işğala və soyqırımına məruz qalışdır. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Lakin sonra araşdırmalar zamanı məlum oldu ki, həlak olan uşaqların sayı 76-dır. Ona görə də biz bu soyqırımı zamanı həlak olan uşaqların sayında rəsmi olaraq düzəliş etməliyik. Bu həm onların ruhuna hörmət əlamətidir, həm də tarixi faktın düzgün təqdim olunmasıdır. Hamıya məlumdur ki, müharibələrin qurbanı olan insanlar ciddi psixoloji təsirlərə məruz qalırlar. Bu təsirlərin davamı kimi xəstə uşaqlar dünyaya gəlir, ailələrdə gərginlik yaşanır. Dünyada “Vyetnam sindromu”, “əfqan sindromu” mövcuddur. Xocalıda törədilən genosid isə “Xocalı sindromu” yaradıb və bu uzun müddət yaddaşlardan silinməyəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova söyləyib.

Komitə sədri qeyd edib ki, Xocalı soyqırımı erməni işğalçılarının iki yüz ildən artıq xalqımıza qarşı tətbiq etdikləri deportasiya və soyqırımı siyasətinin ən faciəli səhifəsidir. Xocalı XX əsrdə 3 dəfə erməni terroruna məruz qalmışdır. Bu cinayətləri etiraf və təsdiq edən bir çox tədqiqatçı və tarixçilər, hətta erməni müəlliflərinin özləri də müxtəlif vaxtlarda azərbaycanlılara qarşı etdikləri cinayətləri etiraf ediblər. Əsərlərini “A-Do” imzası ilə çap etdirən Hovannes Ter-Martirosyan 1907-ci ildə İrəvanda erməni dilində çap edilən irihəcmli “Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla” əsərində ermənilərin törətdikləri vəhşiliklər barədə kifayət qədər fakt yer almışdır. Ermənilər 1992-ci ildə Xocalıda törətdikləri soyqırımının analoqunu XX əsrin əvvəllərində - 1905-ci il avqustun 23-də də törətmişdilər. A-Do yazır ki, erməni silahlı dəstələrinin Xocalıya hücumu zamanı kənd əhalisinin bir qismi qaçaraq canını qurtarmış, bir qismini də ermənilər öldürmüşdülər. Müəllif daha sonra yazır ki, Xocalını ələ keçirən ermənilər əvvəlcə evləri talamış, sonra isə od vurub yandırmışdılar ki, bir də əhali geri qayıda bilməsin. Lakin xocalılar erməni vəhşiliyinə baxmayaraq, yenidən Xocalıda yaşadı, həyatlarını davam etdirdilər.

1918-ci ildə öncə Xalq Cümhuriyyətinin Ordusu və Nuri paşanın komandanlığında Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusu birlikdə erməni silahlı dəstələrinin tərksilah etdilər. 1920-ci ildə Qarabağda yenidən baş qaldıran erməni separatizmini general Həbib bəy Səlimovun komandanlığında Azərbaycan Ordusu darmadağın etdi və ermənilər təslim oldular. Bundan sonra xocalılılar doğma yer-yurdlarına qayıda bildilər.

Üçüncü dəfə isə 1992-ci ildə Xocalını qəddarcasına işğal etdilər. Bu tarixlərdən də görürük ki, ermənilərdə Azərbaycanofobiya hissi heç zaman dəyişməmişdir. Xocalının həm də strateji əhəmiyyəti var idi. Çünki o zaman İrəvandan silah-sursatı yalnız Xocalı aeroportu vasitəsilə daşımaq mümkün idi. Zori Balayan, Sos Sarkisyan və Silva Kaputikyan cinayətkar ideoloqlar Xocalını məhv etmək üçün çıxışlar edir, cinayətlər törədirdilər. ABŞ tədqiqatçısı Tomas de Vaal həmin əsərində Xocalı soyqırımının təşkilatçılarından biri, əli Azərbaycan xalqının qanına bulaşmış Serjik Sarkisyanın Ermənistan prezidenti olduğu dövrdə ondan aldığı müsahibədə söylədiyi fikirləri bir daha ermənilərin əsl simasını ortaya qoyur. Sarkisyan deyib: “Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bunu (stereotipi) qıra bildik. Bax, bu da baş verdi”. Lakin o, böyük səhv etdi, Xocalı faciəsi xalqımızı sındırmadı. Bizi daha da gücləndirdi. Torpaqlarımızı azad etmək, şəhidlərimizin qisasını almaq arzusunu qıra bilmədi. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”. Bu səfərbərlik, milli birlik, güclü və iradəli ordu 44 günlük Vətən müharibəsində Xocalıda, Qaradağlıda, Ağdabanda, Ballıqayada və eləcə də digər ərazilərimizdə erməni terrorçularının, erməni cinayətkarlarının layiqli cavabını verdi.

Deputat qeyd edib ki, Xocalı soyqırımını törədən erməni vandalları beynəlxalq hüquqi aktları BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi”ni, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı, “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini, eləcə də digər beynəlxalq norma və prinsipləri kobud surətdə pozmuşdur. Qeyd etmək yerinə düşər ki, məhz ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün olmuşdur. Onun təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, sənəddə hadisənin başvermə səbəbləri və günahkarları barəsində məlumatlar açıqlanmışdır. Eləcə də bu soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün önəmli tədbirlər görüldü. Bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də böyük iradə və əzm göstərərək Prezident cənab İlham Əliyev, dövlət qurumları, xaricdəki soydaşlarımız tərəfindən Xocalı həqiqətlərinin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır. Qeyd etmək lazımdır ki, Milli Məclisin rəhbərliyinin dəstəyi ilə bütün parlamentlərarası dostluq qruplarına, o cümlədən, Azərbaycan - İsveçrə parlamentlərarası Dostluq qrupunun adından Xocalı soyqırımı, ermənilərin Qarabağda etnik təmizləmə siyasəti haqqında İsveçrə - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinə müraciət ünvanlamışdır.

H.Hüseynova diqqətə çatdırıb ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə düzgün qiymətinin tapması üçün yalnız dövlət strukturları deyil, bütün ictimai qurumlar, hər bir vətəndaş imkanları çərçivəsində əlindən gələni etməlidir. Bu baxımdan Heydər Əliyev Fondu və onun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın, eləcə də fondun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti çox diqqətəlayiqdir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü "Xocalıya ədalət!" beynəlxalq kampaniyası başlanmışdır.

Təcrübə göstərir ki, vahid informasiya sistemini qurulması və davamlı şəkildə təbliğ-təşviqat layihələrinin keçirilməsi çox müsbət nəticə verir. 2020-ci ilin iyul ayında erməni hərbi təxribatı, eləcə də Vətən müharibəsi zamanı həm cənab Prezidentin xalqa müraciəti və müxtəlif aparıcı ölkələrin medialarına verdiyi müsahibələr, Azərbaycanın uğurlu hərbi əməliyyatları, diplomatik fəaliyyəti, həm də Ermənistan tərəfindən dinc əhaliyə qarşı terror aktlarının törədilməsi ilə bağlı müxtəlif informasiya mənbələrində, sosial mediada, virtual informasiya məkanında aparılan informasiya mübarizəsi buna əyani sübutdur. Lakin, əlbəttə ki, bu işlərin daha da gücləndirilməsinə ehtiyac var və bizim informasiya müharibəsində uduzmağa haqqımız yoxdur. Eyni zamanda, dünyanın müxtəlif bölgələrində, o cümlədən Avropada, Amerikada yaşayan azərbaycanlıların fəaliyyətini də qeyd etmək lazımdır. Orada yaşayan, təhsil almağa, işləməyə gedən azərbaycanlılar könüllü şəkildə, vətənpərvərlik hissi ilə Azərbaycanla bağlı əsl həqiqətləri çatdırır, bununla bağlı layihələr həyata keçirirlər. Biz bu insanlarla sıx təmas saxlamalıyıq. Bizi müdafiə edən, haqlı olduğumuzu dəstəkləyən beynəlxalq alimlərlə, diplomatlarla, etnoqraflarla əməkdaşlığı daha da gücləndirməliyik. Müvafiq qurumlar çalışmalıdır ki, həqiqətən Vətənini sevən, onun inkişafına çalışan, haqlı mübarizəsinə dəstək verən diaspora nümayəndələri, ayrı-ayrı ölkələrin bələdiyyə, parlament, hökumət səviyyəsində təmsil olunsunlar, Azərbaycanı təbliğ etməkdə daha çox töhfə versinlər. Baxmayaraq ki, bu sahədə proses gedir, lakin istənilən nəticə hələ ki, əldə olunmayıb. Ümumiyyətlə, bizim hər birimiz öz səlahiyyətlərimiz daxilində Beynəlxalq təşkilatlara və dünya ölkələrinə beynəlxalq hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının Qətnamələrinə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin acı və dağıdıcı nəticələri haqqında təbliğat işlərini daha da gücləndirməliyik. Və bu, hadisədən-hadisəyə deyil, davamlı və ardıcıl şəkildə aparılmalıdır.

Ermənistanın təcavüzkar siyasəti bundan sonra da iflas edəcəkdir. Çünki artıq həm bölgədə, həm dünyada yeni reallıqlar yaranmışdır. Burada güclü və diktə edən tərəf geniş potensiala malik Azərbaycan dövləti, onun getdikcə artan iqtisadi qüdrəti, siyasi nüfuzu, dünya azərbaycanlılarının gündən-günə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü və müasir Azərbaycan Ordusudur. 44 günlük Vətən müharibəsində bunun şahidi olduq. Bu gün biz öz ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa edirik. Erməni faşistlərinin darmadağın etdiyi, xarabaya çevirdiyi doğma torpaqlarımızda yenidən quruculuq işlərinə başlamışıq, tezliklə bu yerlərə həyat qayıdacaq. Lakin xalqımızın yaşadığı tarixi faciələri heç zaman unutmamalıyıq. Bu hadisələr bizim şərəf və mübarizə tariximizin ən mühüm səhifələridir, qan yaddaşımızdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Növbəti köç Şükürbəyli və Horovlu kəndlərinə çatıb - YENİLƏNİB

Hüquq arzusundan yeni hədəfə - tələbə adını qazanan şəhid övladının tələbəlik hekayəsi

Xocavənddə iki kəndin giriş yolları tikilir

Qazaxıstan hökuməti istefaya gedib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Bərdədə vətəndaşların müraciətlərini dinləyəcək

“DataRace”in ilk yarışında real biznes çağırışına 300-dən çox süni intellekt yanaşması təqdim olunub

“DataRace”in ilk yarışının qalibləri açıqlanıb

Fəxri Hüseynov: “DataRace” platforması nəzəriyyədən real sektora keçiddə mühüm rol oynayır

Norveç kralı vəfat edib

Baş prokuror Yasamal rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan və Özbəkistan mərkəzi bankları maliyyə ekosisteminin formalaşdırılmasını müzakirə edib

Yarımkölgəli Ay tutulması başa çatıb YENİLƏNİB

Ötən gün narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib

Kvant informatikası ilə bağlı tədqiqatlar İnformasiya Texnologiyaları İnstitutunun diqqət mərkəzindədir

Qadın voleybolçularımız C qrupunda son oyununu keçirəcək

Bu gün UEFA Avropa Liqası və Konfrans Liqasının püşkatma mərasimi keçiriləcək

Аslana Əliyeva: Rəqs sənəti Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri möhkəmləndirir

Körfəzdən neft ixracı müharibədən əvvəlki səviyyələrin üçdə ikisi həcmində bərpa olunub

Pedaqoji Universitetdə 14 ixtisas üzrə keçid balı 500-ü ötüb

Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə Türk Şəhidliyi ziyarət olunub

Bakı və Özbəkistan Xoreoqrafiya akademiyaları arasında uğurlu əməkdaşlıq

Venesuela OPEC-i tərk edə bilər

Oğuzda fermerin sınağı uğurlu oldu - 1 hektardan 35 tondan çox çiyələk yığıldı FOTO

İyulda DSMF-nin fəaliyyət istiqamətləri üzrə 38 mindən çox vətəndaş qəbul edilib

Kiberdələduzluğun yeni üsulları - DİN çağırış edir VİDEO

Kiberdələduzluğun yeni üsulları - DİN çağırış edir VİDEO

Bakıda küləyin sürəti saniyədə 23 metrədək güclənir - FAKTİKİ HAVA

“Azərişıq” Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri görür

“Balıqçılıq haqqında” Qanun bu sahədə dayanıqlı inkişafı və rəqəmsal nəzarəti gücləndirir - ŞƏRH

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlanıb

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Neft qiymətləri azalır VİDEO

Neft qiymətləri azalır VİDEO

“Sabah”ın baş məşqçisi: Biz “Qarabağ”dan çox şey öyrəndik

Azərbaycan nefti 92 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 92 dollardan baha satılır VİDEO

Ağdaşda yük maşınlarının toqquşması ölümlə nəticələnib

Bakıda güclü külək nəticəsində 2 nəfər xəsarət alıb

Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

34 il, 24 həyat, bir faciə - Ballıqaya

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur

Şəkidə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb

BYD qlobal elektromobil bazarında ABŞ-nin “Tesla” şirkətini yenidən geridə qoyub

Bolqarıstan Qara dənizin mühafizəsi üçün Belçika və Niderlanddan 7 minaaxtaran gəmi alacaq

Çində qızıl külçə udan 5 yaşlı uşaq xilas edilib

Yəmən və Somali sahillərində 6 bal gücündə zəlzələ baş verib

İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək

Avropa Liqası və Konfrans Liqasında əsas mərhələnin bütün iştirakçıları müəyyənləşib

İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”a məxsus yeraltı obyektləri məhv edib

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin ən yaxşı idmançısı seçilib

Rəssam Marqarita Kərimova-Sokolova: Natəvanın portreti Fransa Akademik Cəmiyyətinin nəşrində dərc olunub

Tibetdə daşqından zərər çəkən sakinlər və turistlər təxliyə edilib

“Tvente”nin baş məşqçisi: Hesabı nəzərə alsaq, oyunun çətin keçmədiyini söyləmək olar

Almaniya və daha beş Aİ ölkəsi yeni maliyyə çərçivəsi üzrə mövqelərini razılaşdırıb

Qurban Qurbanov: İş saatlarımızı artırmalı, daha çox çalışmalıyıq

Sabah paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

“Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb YENİLƏNİB 5

Atlantik okeanında “Dolli” tropik fırtınası formalaşıb

Tramp Atlantik və ya Sakit okeanların adını dəyişdirmək niyyətini açıqlayıb

“Qarabağ” növbəti transferini açıqlayıb YENİLƏNİB

Tramp Ontario gölünün adının Amerika gölü kimi dəyişdirilməsi barədə fərman imzalayıb

“Qalatasaray” və “Fənərbağça”nın Çempionlar Liqasındakı rəqibləri bəlli olub

Azərbaycanın xarici işlər nazirinin müavini İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasında iştirak edib

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri müəyyənləşib YENİLƏNİB

Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin məzunlarının universitetlərə qəbul nəticələri açıqlanıb

Fərid Qayıbov: Qubada keçirilən “Ulduz Cup” uşaqlar üçün böyük stimuldur VİDEO

Fərid Qayıbov: Qubada keçirilən “Ulduz Cup” uşaqlar üçün böyük stimuldur VİDEO

Almaniyanın şimal bölgəsi müdafiə və innovasiya mərkəzinə çevriləcək 

Azərbaycanlı məşqçi Polşa komandasını Qubadakı beynəlxalq turnirdə çempion etdi - MÜSAHİBƏ

Şimal-qərb bölgəsində təhsil işçilərinin sentyabr konfransları başlayıb

Bu saata olan əsas xəbərlər

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Oğuz və Qəbələ sakinlərinin müraciətlərini dinləyib

Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatını 8 medalla başa vurublar VİDEO

Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatını 8 medalla başa vurublar VİDEO

Hövsanda açıq ərazidə yanğın baş verib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

Britaniyada üç hava limanına kiberhücum: 8,7 milyon müştərinin məlumatları ələ keçirilib

® Uşaqlarda sidik yolu infeksiyaları: Valideynlər nələrə diqqət etməlidirlər?

Xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın yeni səfiri ilə görüşüb

Səudiyyə Ərəbistanının nüvə enerjisi həmləsi neft ixracı gücünü artıracaq

Argentina Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Marianxeles Belluşidən

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Emi Karlondan

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Konfrans Liqası: “Qarabağ” və “Tvente”nin start heyətləri açıqlanıb

"Sea Breeze”də Yay İdman Festivalına start verilib VİDEO

"Sea Breeze”də Yay İdman Festivalına start verilib VİDEO

Avropa ölkələrində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşüb

Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı 1 milyard dollar ticarət hədəfinə çatmaq üçün real imkanlar açır - RƏY

Ursula Fon der Lyayen: Enerji asılılığı rəqabət qabiliyyətimizi və müstəqilliyimizi məhdudlaşdıran əsas amildir

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Buğda qiymətləri üç ilin maksimumuna yüksəlib

Yay üçün ən riskli qidalar hansılardır?

Gənc xanəndə: Doğma Laçında milli musiqimizi səsləndirmək sözlə ifadə olunmayacaq xoşbəxtlikdir

ADNSU ilə Özbəkistan universitetləri arasında elmi əməkdaşlıq genişlənir

Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?

“Əbədi dostluq haqqında Müqavilə” türk dövlətləri arasında yeni əməkdaşlıq mərhələsinin əsasını qoyur – ŞƏRH

Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib

Ağsuda salınan badam bağlarının məhsulu xarici bazarlara da çıxarılacaq VİDEO

Ağsuda salınan badam bağlarının məhsulu xarici bazarlara da çıxarılacaq VİDEO

ABŞ-nin sutkalıq neft istehsalı 13 milyon 843 min barelə yüksəlib

Autizmli uşaqların təhsilində müəllimin rolu

“TotalEnergies” Rusiyadakı LNG layihəsindən çıxıb

BDYPİ: Yuxululuqla bağlı hadisələrin təkrarlanması ciddi xəbərdarlıqdır VİDEO

BDYPİ: Yuxululuqla bağlı hadisələrin təkrarlanması ciddi xəbərdarlıqdır VİDEO

Türkiyədə azərbaycanlı astrofizik Cəfər Quluzadənin elmi irsinə ehtiramla yanaşılır

Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyevdən