Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Ermənistan-Azərbaycan münaqişəsində əsir və girov götürülmüş azərbaycanlıların hüquqlarının müdafiəsinə dair müzakirələr aparılıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ), “Həsrət yolu” Əsir və Girovlara Kömək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində təşkil edilən tədbirə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, Milli Məclisin deputatları, hüquqşünas-alimlər, tədqiqatçılar, əsir, girov və itkinlərin ailə üzvləri qatılıblar.

Konfransda HİHİ-nin böyük elmi işçisi, “Həsrət yolu” Əsir və Girovlara Kömək” İctimai Birliyinin sədri Esmira Orucova bildirib ki, tədbirin keçirilməsinin məqsədi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində şahid ifadələrinə əsasən hələ də əsir və girovluqda saxlanılan soydaşlarımızın qaytarılması, itkin düşmüş hesab olunan şəxslərin taleyinə aydınlıq gətirilməsidir. Həmçinin zorakılığa məruz qaldıqdan sonra əsir və girovluqdan azad edilmiş şəxslərin hüquqlarının müdafiəsinə nail olmaq üçün beynəlxalq səviyyədə genişmiqyaslı təbliğat işinin aparılmasıdır.

E.Orucova diqqətə çatdırıb ki, 1988-ci ildən bəri Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı etnik təmizləmə və soyqırımı siyasətinin həyata keçirməsi bir milyon insanın hüquqları pozulmuş şəkildə qaçqın və məcburi köçkünə çevrilməsi ilə yanaşı, daha çox narahatlıq və psixoloji gərginlik doğuran, humanitar fəlakətin ən ağrılı problemi olan və bu günədək davam edən əsir, girov, itkin problemini yaradıb. Münaqişə zamanı 3.868 min Azərbaycan vətəndaşı itkin düşüb. Onlardan 3.123-ü hərbçi, 745-i mülki şəxs, 62-si uşaq, 262-si qadın, 302-si qocadır. İndiyədək 1.437 nəfər əsir və girovluqdan azad edilib ki, onlardan 351-i hərbçi, 1.086-sı mülki şəxsdir. Azad edilənlərdən 210-u uşaq, 342-si qadındır. Ermənilər “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” IV Cenevrə Konvensiyasının maddələrini kobudcasına pozaraq üçaylıq körpəni, 104 yaşlı qocanı belə girov götürüblər. Dözülməz şəraitdə saxlandıqdan sonra əsir və girovluqdan azad edilən 1.437 nəfər bu gün mənəvi və psixoloji gərginlik içində yaşayır. Onlara tətbiq edilmiş işgəncələr nəticəsində böyük bir qismi əlil olub, işləmək qabiliyyətini itirib.

HİHİ-nin direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva qeyd edib ki, institut yarandığı gündən müvafiq istiqamətdə işlər aparır. Azərbaycanın üzləşdiyi faciələr nəticəsində əsir və itkin düşmüş vətəndaşların taleyi hər birimizi narahat edir. O deyib: “Təəssüflər olsun ki, beynəlxalq hüquq böhranı neçə illərdir müşahidə olunur. Əsirlikdə olan soydaşlarımız haqqında məlumat əldə edə bilməməyimiz humanitar hüququn da zəif işlədiyini göstərir”.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva vurğulayıb ki, dünyada baş verən münaqişələrdə uşaqların zorakılıq və qətl obyektinə çevrilmələri qəbuledilməzdir. Hazırda Azərbaycanda hər gün erməni silahlıları tərəfindən atəşə tutulan məktəblər var. Hər gün həmin məktəblərə gedən uşaqlar risk altındadırlar. Uşaqların döyüşçü kimi müharibələrdə iştiraklarının qarşısının alınması bu sahədə fəaliyyət göstərən təşkilatların əsas məqsədlərindən birincisidir. O deyib: “İkinci əsas vəzifə postmünaqişə dövründə uşaqların cəmiyyətə inteqrasiyası, üçüncüsü isə münaqişə qurbanı olan uşaqların hüquqlarının qorunması ilə bağlıdır”.

Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan qəsdən atəşə tutması nəticəsində ikiyaşlı Zəhra Quliyevanın qətlə yetirildiyini xatırladan S.Fətəliyeva diqqətə çatdırıb ki, ermənilərin xüsusilə azyaşlı uşaqlara qarşı törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması vacibdir. Sözsüz ki, bu işdə medianın da rolu əvəzsizdir. O deyib: “Təəssüflər olsun ki, bəzi dövlətlər hələ də Xocalı soyqırımını tanımır, münaqişənin mahiyyəti barədə məlumatlı deyillər. Ona görə də bu istiqamətdə aparılan işlər davam etdirilməlidir”.

Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə heyətinin üzvü Rövşən Rzayev əsir və girovluqda olan vətəndaşlarımız barədə təqdim edilən məlumatların dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini və bu baxımdan tədbirin təşkilinin əhəmiyyətini vurğulayıb. O deyib: “Ermənilərin ölkəmizə qarşı işğalçılıq siyasəti bugünədək davam etdirilir. Hələ də Ermənistanın hazırkı rəhbərliyinin konstruktiv mövqeyini görə bilmirik. Ancaq tam əminəm ki, yaxın zamanlarda ərazi bütövlüyümüzü təmin edə biləcəyik. Bu istiqamətdə hər bir Azərbaycan vətəndaşı səylə çalışmalıdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev, Ombudsman Aparatının əməkdaşı Müqalib Mahmudov, Milli Məclisin deputatı Fazil Mustafa, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni və başqaları bildiriblər ki, müharibə ilə əlaqəsi olmayan dinc adamların günahsız qurbanlara çevrilməsi, girovluqda işgəncələrə məruz qalması, şəxsiyyətlərinin tapdanması, hədə-qorxu altında saxlanılması, alçaldılması, fiziki, mənəvi, psixoloji, seksual zorakılıqlara məruz qalması dözülməz həddə çatıb. Əsir və girovluqdan azad edilən vətəndaşlarımız bu gün mənəvi və psixoloji gərginlik içində yaşayırlar. Onlara tətbiq edilmiş işgəncələr nəticəsində böyük bir qismi əlil olub, hətta işləmək qabiliyyətini itirib. Natiqlər əsir və girovluqda saxlanılan, itkin düşdüyü hesab edilən azərbaycanlıların taleyinə dünya ictimaiyyətinin tezliklə aydınlıq gətirəcəyinə, regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyan işğalçı Ermənistana təsir göstərəcəyinə əminliklərini bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək