SİYASƏT
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edirlər
Bakı, 18 aprel (AZƏRTAC). Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edirlər.
Erməni silahlı birləşmələri aprelin 17-də saat 18.45-dən 18.50-dək və 22.25-dən 22.30-dək Ermənistanın İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində yerləşən mövqelərini, saat 13.05-dən 13.25-dək Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə üzbəüz mövqelərini atəşə tutmuşlar.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ermənilər aprelin 18-də saat 01.00-dan 01.10-dək Füzuli rayonunun Qaraxanbəyli, saat 05.50-dən 06.00-dək isə Ağdam rayonunun Şuraabad kəndiləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.