SİYASƏT
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİNİ ATƏŞƏ TUTMUŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 14-də saat 10.35-dən 10.50-dək, 11.15-dən 11.20-dək, 18.55-dən 19.05-dək Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Azatamut, Noyemberyan rayonunun Voskepar və Voskevan kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonunun Əlibəyli, Qazax rayonunun Qızılhacılı, Cəfərli, Quşçu Ayrım kəndləri ərazisində və adsız yüksəkliklərdə, yerləşən mövqelərini, saat 17.05-dən 17.10-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında, Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 18.15-dən 18.20-dək Kuropatkino, saat 17.55-dən 18.05-dək Tərtər rayonunun Çiləbürt, saat 22.55-dən 23.10-dək Göyarx, saat 19.05-dən 19.15-dək Goranboy rayonunun Tap Qaraqoyunlu, saat 20.30-dan 21.10-dək Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.50-dən 00.00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, noyabrın 15-də saat 00.30-dan 00.35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.