DÜNYA
Ermənistanda koronavirusla əlaqədar yeni məhdudiyyətlər tətbiq ediləcək
Tbilisi, 30 noyabr, AZƏRTAC
Ermənistanda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yanvarın 1-dən yeni qaydalar müəyyən olunub.
AZƏRTAC Ermənistan KİV-inə istinadla xəbər verir ki, yeni ildən ölkədə koronavirusa qarşı peyvənd olunmayanlar üçün yeni məhdudiyyətlər tətbiq olunacaq.
Ermənistanın səhiyyə naziri Anahit Avanesyan keçirdiyi mətbuat konfransında deyib ki, peyvənd olunmayan vətəndaşlar mədəniyyət və ictimai iaşə müəssisələrinə girişdə PCR testinin mənfi nəticəsinə dair sənəd, peyvənd olunanlar isə müvafiq sertifikat təqdim edəcəklər.
Bu tələblər dövlət poçt operatoru “Haypost” QSC-nin şöbələrinə də şamil olunacaq.
Qeyd edək ki, Ermənistanda koronavirusa təsdiqlənmiş yoluxma halları 338 min 120-yə çatıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]