DÜNYA
Ermənistanda müddətsiz kütləvi aksiya başlamışdır
Bakı, 23 fevral (AZƏRTAC). Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra ictimai-siyasi vəziyyət gərginləşməyə başlamışdır.
Ermənistan KİV-nin verdiyi məlumata görə fevralın 22-dən etibarən Yerevanın mərkəzində müddətsiz kütləvi aksiyanın keçirilməsi elan edilmişdir. Fevralın 18-də keçirilmiş prezident seçkilərində iştirak etmiş keçmiş xarici işlər naziri Raffi Ovannisyan tərəfdarlarını meydana toplayaraq Serj Sarkisyanın saxta yolla prezident seçildiyini bildirərək, özünün qalib gəldiyini bəyan etmişdir. Artıq digər müxalifət partiyaları da öz tərəfdarlarını meydana gəlməyə çağırmışlar.
Polis aksiyanın dağıdılmasına cəhd etmiş, lakin meydana toplaşan kütlənin çoxluğu buna imkan verməmişdir.
Hazırda Ermənistanın bütün rayonlarından Yerevana gələn insanlar aksiyaya qoşularaq S.Sarkisyanın yenidən saxtakarlıq edərək prezident seçilməsinə etirazlarını bildirirlər.
Mitinq davam edir.