İQTİSADİYYAT
ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik konfransı başa çatıb
Bakıda keçirilən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik konfransı bu gün işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, konfransda 40-a yaxın ölkədən 200-dən çox nümayəndə iştirak edib.
ERRA-nın təşkilatçılığı və İqtisadiyyat və Sənaye Nazirliyinin tərəfdaşlığı ilə keçirilən konfransın ikinci günü bərpa olunan enerji sahəsində əldə olunan nəticələr, su təchizatı üzrə mövcud vəziyyət və perspektivlər, Azərbaycanda enerji bazarında istehlakçıların hüquqlarının müdafiəsi mövzularında məruzələr dinlənilib. Sonra
məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının da üzv olduğu ERRA Mərkəzi Avropa, ABŞ, Afrika, Asiya və Yaxın Şərq ölkələrindən olan tənzimləyici qurumların birliyidir.