ESTONİYADA “BAKI” KLUBU AÇILIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinə istinadla AZƏRTAC-a bildirmişdir ki, bu il yanvar ayının 30-da Estoniyanın paytaxtı Tallin şəhərində “Bakı” klubunun təsis edilməsi ilə əlaqədar iclas keçirilmişdir. Klubun yaradılmasından əsas məqsəd Estoniyadakı azərbaycansevərlərə ölkəmiz haqqında həqiqətləri çatdırmaqdır. Klubun ilk təsisçiləri Estoniya parlamentinin üzvü Eldar Əfəndiyev, parlamentin müşaviri Jana Krimpe və “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyevdir.
Klubun təntənəli açılış mərasimi 2004-cü ilin mart ayına planlaşdırılmışdır. Həmin ərəfədə Baltikyanı ölkələrin Azərbaycan Konqresinin yaradılması təklifinin də müzakirə ediləcəyi gözlənilir.