SİYASƏT
ESTONİYANIN BAŞ NAZİRİ ANDRUS ANSİPİN AZƏRBAYCANA İŞGÜZAR SƏFƏRİ
AZƏRTAC xəbər verir ki, noyabrın 13-də Estoniya Respublikasının Baş naziri Andrus Ansip Bakıda keçiriləcək enerji sammitində iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına beynəlxalq hava limanında hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Andrus Ansipi təyyarənin pilləkəni yanında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşıladılar.
Qarşılanma mərasimindən sonra hava limanının ali qonaqlar üçün salonunda Baş nazir Andrus Ansip və xarici işlər naziri Elmar Məmmədyarov arasında qısa protokol söhbəti oldu.
Estoniyanın Baş naziri hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.
######