“EU4Energy” proqramı çərçivəsində görüş olub
Bakı, 14 iyul, AZƏRTAC
“EU4Energy” proqramının III mərhələsi çərçivəsində Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) mütəxəssisləri ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, eləcə də digər Şərq Tərəfdaşlığı ölkələrinin enerji tənzimləyici qurumlarının nümayəndələri arasında onlayn formatda görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi tənzimləyici qurumların müstəqilliyinin qiymətləndirilməsi aləti ilə bağlı məsələlərin müzakirəsi, həmçinin sözügedən mərhələ çərçivəsində planlaşdırılan fəaliyyətlərə dair iştirakçıların məlumatlandırılması olub.
Görüş zamanı Avstriyanın elektrik enerjisi və təbii qaz bazarları üzrə tənzimləyici qurumu “E-Control”un mütəxəssisi Katarina Ledermann-Tappayner təqdimatla çıxış edərək müstəqilliyin qiymətləndirilməsi alətinin məqsədi və istifadə qaydaları barədə ətraflı məlumat verib.
Görüş qeyd olunan məsələlərin və növbəti mərhələdə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərin müzakirəsi ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:34]
Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindərir
- 06.10.2026 [11:09]
Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]