CƏMİYYƏT
“Evim iş yerim” layihəsinin qalibləri mükafatlandırılıb
Bakı, 27 may, AZƏRTAC
Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi (İB) tərəfindən həyata keçirilən “Evim iş yerim” adlı layihənin qalibləri mükafatlandırılıb.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşıb.
Mükafatlandırma mərasimdə çıxış edən İB-nin sədri Cavid Əliyev deyib ki, statistikaya əsasən ölkəmizdə 530 min əlil var, onların 62 minini gənclər təşkil edir. Qeyd olunub ki, əlil gənclərin cəmiyyətə inteqrasiya məqsədilə reallaşan layihə çərçivəsində onlara mühasibatlıq üzrə təlimlər keçirilib.
Sonda “Evim iş yerim” adlı layihənin 32 gənc qalibinə sertifikatlar təqdim olunub.