DÜNYA
ExxonMobil və “Rosneft” Arktikada neft axtarırlar
Bakı, 27 iyun (AZƏRTAC). Arktikada neft tapılacağı təqdirdə, Amerikanın ExxonMobil kompaniyası Rusiyaya investisiya qoyuluşunu artırmağı nəzərdə tutur.
AZƏRTAC Rusiya informasiya agentliklərinə istinadla xəbər verir ki, belə bir bəyanatla ExxonMobil Rusiya şirkətinin rəhbəri Qlen Uoller çıxış etmişdir. “Əgər neft tapsaq, investisiya kəskin surətdə artırılacaqdır. Hər şey şəraitdən asılıdır” - deyə Uoller vurğulamışdır.
Planlaşdırılan birbaşa investisiya qoyuluşu 500 milyard dollaradək olan layihə üzrə əməkdaşlıq artıq başlanmışdır. Karsk dənizində kəşfiyyat qazmasına bu ilin payızında başlanacaqdır. Arktika yataqlarından çıxarılan neftin tankerlərlə daşınması nəzərdə tutulur.
ExxonMobil və “Rosneft” strateji əməkdaşlıq haqqında müqaviləni 2011-ci ildə imzalamış, ötən ilin fevralında bu sənədi genişləndirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]