İQTİSADİYYAT
Fatih Birol: Qlobal bazar enerji bolluğunun yaşanacağı dövrə qədəm qoyub
Bakı, 30 dekabr, AZƏRTAC
Qlobal bazar enerji bolluğunun yaşanacağı dövrə qədəm qoyub. 2020-ci ildə beynəlxalq enerji daşıyıcılarının qiymətləri məqbul səviyyədə qalacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib. O qeyd edib ki, neft və təbii qaz başda olmaqla istehsal artacaq. Lakin tələbatda eyni səviyyədə yüksələcək.