Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Fərid Hüseynov: Fəxr edirik ki, Vüqar Həşimov memorialını ona layiq səviyyədə keçirə bildik

Fərid Hüseynov: Fəxr edirik ki, Vüqar Həşimov memorialını ona layiq səviyyədə keçirə bildik

Bakı, 7 iyun, AZƏRTAC

Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamızda mötəbər beynəlxalq turnirlər, o cümlədən Avropa və dünya çempionatları yüksək səviyyədə təşkil olunur. Beynəlxalq idman qurumları artıq mötəbər yarışların təşkilini tərəddüd etmədən ölkəmizə həvalə edirlər. Bu mötəbər yarışlardan biri də mayın 25-dən iyunun 4-dək keçirilən və tanınmış şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2016” beynəlxalq şahmat turniridir. Yarışda dünyanın güclü 10 zəka sahibi birincilik uğrunda mübarizə aparıb.

“Synergy Group” ASC-nin Müşahidə Şurasının sədr müavini, “Shamkir Chess 2016” turnirinin direktoru Fərid Hüseynov Vüqar Həşimov memorialının başa çatmasından sonra jurnalistlərin suallarına cavablandırıb.

- Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnir başa çatdı. Yarışın yekunu olaraq təəssüratlarınızı bilmək istərdik?

- “Shamkir Chess 2016” turniri 10 gün ərzində şahmat həvəskarları üçün əsl bayram əhval-ruhiyyəsi yaşatdı. Şəmkirdə qələbə uğrunda dünyanın aparıcı şahmatçıları mübarizə apardı. Təşkilatçı kimi, qonaqların, iştirakçıların turnirdən razı qalmasını bizim işimizə verilən ən yüksək qiymət hesab edirəm. Yarış baxımından maraqlı mübarizənin şahidi olduq. Həm Azərbaycan təmsilçiləri, həm də əcnəbi şahmatçılar qələbə uğrunda sonadək mübarizə apardılar. Bu amil yarışı daha da maraqlı etdi. Ən əsası isə Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarovun uğur qazanması bizə böyük sevinc bəxş etdi.

- Ümumilikdə əsas mübarizənin ABŞ təmsilçisi Fabiano Karuana ilə Hollandiya şahmatçısı Aniş Giri arasında gedəcəyi gözlənilirdi. Amma Şəhriyar Məmmədyarov son üç turda uğur qazanmaqla yarışın qalibi oldu. Yəqin, Məmmədyarovun qələbəsi sizin üçün də gözlənilməz oldu?

- Azərbaycan şahmatçılarına daim inanmışıq. Turnirdən əvvəl də söyləmişdim ki, Şəmkirdə Azərbaycan şahmatçısının çempion olmasını arzulayırıq. Əvvəlki iki yarışda norveçli Maqnus Karlsen birinci yeri tutmuşdu. Bu dəfə isə biz Şəmkirdə sözün əsl mənasında triller izlədik. Fabiano Karuana ilk turdan çox yüksək səviyyədə oyun nümayiş etdirirdi. Bütün rəqiblərlə görüşdə güzəştsiz mübarizə sərgiləyirdi. Aniş Giriylə yanaşı, dünya çempionluğuna iddialı Sergey Karyakin də Karuanaya rəqabət yaratmağa çalışırdı. Şəhriyar 7-ci turda Eltac Səfərlini məğlub edəndən sonra yekun haqda danışaraq bildirdi ki, nəticə haqda sonda fikir bildirmək olar. Bu sözlərdən sonra bizim hər birimizin ona inamı daha da artmışdı. Lakin əsas işi şahmatçı görür. Şəhriyar əvvəlcə Fabiano Karuananı və Aniş Girini məğlub etdi, sonra tay-brekdə ABŞ-ı təmsil edən şahmatçını üstələdi. Bütün Şəmkir son partiyada ona dəstək olurdu. Təsəvvür edin, Heydər Əliyev Mərkəzində mühafizəçidən başlayaraq, hər bir rəsmi qonaq, yeniyetmə şahmatsevərlər Məmmədyarova görə həyəcan keçirirdi. Son gedişi edəndən sonra zalda sevinc göz yaşlarını da görmək olardı.

- “Shamkir Chess 2016” nəticəsinə görə də tarixə düşəcək. Çünki bu yarışda ilk dəfə Azərbaycan şahmatçısı qələbə qazandı.

- Azərbaycanda şahmatın olduqca güclü ənənələri var. Kişi şahmatçılarımız iki dəfə Avropa çempionu olublar. Fərdi yarışlarda da çoxlu sayda uğurlar əldə edilib. Amma indiyədək 20-ci kateqoriyalı yarışda heç bir şahmatçımız çempionluq sevinci yaşamayıb. Şəhriyar bu mənada da ilkə imza atdı. Məmmədyarov sübut etdi ki, şahmatçılarımız ciddi rəqibdirlər. Bu qələbə Ümumdünya Şahmat Olimpiadası ərəfəsində Azərbaycan millisinə böyük ruh yüksəkliyi verəcək. Ən vacib məqamlardan biri isə xatirə turnirinin Azərbaycanın istedadlı şahmatçısı Vüqar Həşimovla bağlı olmasıdır. Vüqar Həşimov hər zaman şahmatımızın qələbəsini istəyib. Ona görə Şəhriyarın uğuru ikiqat əhəmiyyətlidir.

- Şəmkirdə ilk dəfə xanım şahmatçı da mübarizə apardı. Hou Yifanın turnirə qatılması nəyi dəyişdi?

- Qadınlar arasında dünya çempionu Hou Yifanın Şəmkirdə yarışması maraqlı anlarla yadda qaldı. Turnir ərzində çoxlu sayda şahmat həvəskarları partiyaları canlı izləmək üçün Heydər Əliyev Mərkəzinə gəlməklə şahmata olan diqqəti göstərdi. Məktəblilər üçün Hou Yifanı canlı görmək xüsusən maraqlı idi. Hər zaman adını eşitdikləri xanım dünya çempionu onların yaşadığı şəhərdə yarışırdı. İstirahət günündə şahmatçılar yeniyetmələr üçün seans keçdilər. 2014-cü ildə seansda Sergey Karyakinlə heç-heçə oynayan şəmkirli yeniyetmə Xəyalə Nağıyeva bu dəfə Hou Yifanla yarışdı. Qeyd edim ki, Xəyalə ötən il həmyaşıdları arasında məktəblilərin turnirində çempion olub. Ardınca isə Azərbaycan birinciliyində ikinci yeri tutub. Əsas məqsədimiz Şəmkirdə şahmata marağı artırmaq və yeniyetmələrin inkişafına kömək olmaqdır. Çox istərdik ki, gələcəkdə belə superturnirlərdə Şəmkir də öz şahmatçıları ilə təmsil olunsun.

- Azərbaycan şahmatçılarının Şəmkirdəki çıxışını necə qiymətləndirirsiniz?

- Ölkənin dörd ən güclü şahmatçısı Şəmkirdə iştirakçılar arasında idi. Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərlini hər dəfə eyni yarışda izləmək imkanı olmur. Fikrimcə, Şəmkir turniri Bakı Şahmat Olimpiadası ərəfəsində onlar üçün əsl sınaq oldu. Biz şahmatçılarımıza və Azərbaycan yığmasına olimpiadada uğurlar arzu edirik.

- Şəmkir turniri artıq dünya şahmat yarışları arasında özünəməxsus yer tutub. Təşkilatçı kimi yəqin bu amil sizi sevindirir.

- Əsas məqsədimiz Azərbaycanın istedadlı şahmatçısı Vüqar Həşimovun adına layiq turnir təşkil etmək idi. Hədəfimizə nail olduq. Ardıcıl üçüncü dəfə təşkil olunan superturnir yüksək təşkilatçılıq səviyyəsi ilə yeni standartlar müəyyən etdi. Həm iştirakçılar, həm də qonaqlar Şəmkirdə Vüqarın xatirəsinə toplaşmışdılar. Bu mənada fəxr edirik ki, Vüqar Həşimov memorialını onun adına layiq səviyyədə keçirə bildik. Bu işdə bizə dəstək olan yerli mətbuata təşəkkür edirik.

“Synergy Group” özünün korporativ sosial məsuliyyət siyasətinin tərkib hissəsi olaraq, ölkəmizdə təhsilin və idmanın inkişafına, eyni zamanda, dünyada tanınmasına investisiya yatırır. Azərbaycan idmanının inkişafına töhfə vermək üçün gələcəkdə də fəal çalışacağıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb