İQTİSADİYYAT
Fevralda BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub
Bakı, 6 mart, AZƏRTAC
Ötən ay Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri vasitəsilə 2 milyon 230 min 224 ton Azərbaycan nefti nəql edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvar-fevral aylarında bu kəmərlə 4 milyon 700 min 277 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il martın 1-ə qədər BTC-yə 268 milyon 540 min 123 ton neft vurulub.
Fevralda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ilə 380 min 500 ton Türkmənistan, 247 min 022 ton Qazaxıstan nefti nəql olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]