CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 5 nəfər xilas edilib, 1 nəfərin intihara cəhdinin qarşısı alınıb
Bakı, 15 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 halda yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib. Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 5 nəfər xilas edilib, 1 nəfərin intihara cəhdinin qarşısı alınıb.