Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Fidan Hacıyeva Musiqi Mərkəzinin tələbələri istedadlarını bir daha nümayiş etdiriblər

Bakı, 24 sentyabr, AZƏRTAC

Fidan Hacıyeva Musiqi Mərkəzində bu sənət ocağının tələbələrinin konserti və Xalq Artisti F.Hacıyevanın rol aldığı "Xınayaxdı gecəsi" filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Musiqi Mərkəzinin tələbləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər.

Həmişə arzum olub ki, ikinci, üçüncü, dördüncü, beşinci Karmen olsun

Fidan xanım ecazkar ifası ilə yanaşı, həm də yaxşı həmsöhbət olması, səmimiyyəti ilə hər kəsdə rəğbət oyadır. O, konsertdən əvvəl jurnalistlərlə söhbətində diqqətə çatdırır ki, dünyanın ən məşhur opera ifaçılarının, məsələn Bruno Balioni və digər sənətkarların öz musiqi mərkəzləri var. "Həmişə arzum olub ki, ikinci, üçüncü, dördüncü, beşinci Karmen olsun, ya da Müslüm Maqomayevlər, Bülbüllər yetişsin", - deyə Xalq Artisti arzularını bizimlə bölüşür.

Qeyd edək ki, böyük zəhmətlə ərsəyə gətirdiyi Musiqi Mərkəzinin yerləşdiyi evdə görkəmli müğənni doqquz il yaşayıb. Mərkəzin hər guşəsi özünü sənətə həsr edən F.Hacıyevanın musiqi aurasını əks etdirir: not şəklində pəncərə çərçivəsindən tutmuş, suvenirlərə, fotoşəkillərə və burada hökm sürən yaradıcı mühitədək.

Xatırladaq ki, bu ilin iyun ayında Musiqi Mərkəzinin fəaliyyətə başlamasının bir illiyi münasibətilə sənət ocağının tələbələrinin Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında hesabat konserti olmuşdu.

Sürpriz ifalarla dolu konsert

Leyla Qürbətlinin ifasında "Ave Maria" ilə başlanan budəfəki konsert də tamaşaçılara xoş anlar yaşadıb. Bu zərif qız "Testene Art Baku" müsabiqəsində üçüncü yeri tutub. Bakı məktəblərindən çoxlu sayda şagirdin qatıldığı müsabiqədə ən balaca iştirakçı Leyla olub.

Bir ilə yaxındır Musiqi Mərkəzində təhsil alan Orxan Cabbarov isə konsertdə "Sevgili canan" romansını şövqlə səsləndirib.

Tamaşaçılar qarşısına çıxan Sevil Əsədullayeva 2016-cı ilin dekabrında keçirilmiş, ideyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladları Əli və Mikayıla məxsus "Zima" festivalının iştirakçısı olub. Qeyd edək ki, bu festivalın iştirakçıları müsabiqə əsasında seçilmişdi.

Musiqi Mərkəzinin direktoru - Fidan Hacıyevanın tələbəsi Elçin Əliyevin və Arzu Qurbanovanın "Arşın mal alan" operettasından dueti konsertin yaddaqalan anlarından biri olub. Nəhayət, səhnəyə balaca Karmen - Nəzrin Həsənzadə çıxıb. O, Gürcüstanda "Salyut talantov" festivalında səksən iştirakçı arasında birinci yeri tutub. Nəzrin deyir ki, münsiflər heyəti onun həm ifasını, həm obrazı yaratmaq bacarığını, həm də kostyumunu çox bəyənib. Musiqi Mərkəzində ona balaca Fidan da deyirlər.

Tamaşaçılar qarşısına çıxan şotlandiyalı Bob Petri də F.Hacıyevadan vokal dərsləri alır. O, Musiqi Mərkəzinin tədbirlərində iki dəfə çıxış edib. Bob Petri deyir ki, uşaqlıqdan səhnələrdə çıxış etmək arzusu olub. Fidan xanımı tanıyandan sonra bu arzu reallaşıb. İfa etdiyi mahnılara qəlbini qoyan Bob Petri bir daha tamaşaçılara sevgi dolu anlar yaşatdı.

Əli Abdullayev "O sole mio" mahnısını ifa edib. Bu balaca oğlan Yeni il ərəfəsində "Zima" festivalında iştirak edəcək.

Müslüm Maqomayevin "Azərbaycan" mahnısını oxuyan Bakı Dövlət Universitetinin tələbəsi Ariz Nəbiyev öz ifası ilə həm istedadını, həm də Fidan xanımın zəhmətinin hədər getmədiyini bir daha təsdiqləyib.

Konsertdən əvvəl Musiqi Mərkəzinin direktoru Elçin Əliyevin dediyi kimi, konsert, həqiqətən də, sürpriz ifalarla dolu idi.

Ana qayğısı, müəllim tələbkarlığı, tələbə sədaqəti

F.Hacıyeva tələbələri üçün həm tələbkar müəllim, həm də onların uğurlarına sevinən bir anadır. Bunu hər an görmək mümkündür: Musiqi Mərkəzinin konsert zalında stolun üstündə tələbələrinin uğurlarını əks etdirən diplomlar, fəxri fərmanlar düzülüb. O, eyni zamanda, tələbələrinin hər ifasını ciddi olaraq izləyir. Budəfəki konsertdə də belə oldu. Fidan xanım nəinki onları dinlədi, əyləşdiyi yerdəcə tələbələri ilə birgə oxudu, onların keçirdiyi həyəcanlı anlara ecazkar ifası ilə qoşuldu. Nəzrin Həsənzadənin çıxışında isə ayağa qalxıb onunla birgə oxuyaraq tələbəsini dəstəklədi.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma (vokal) fakültəsində Hüseyn Əliyevin sinfində təhsil almış F.Hacıyeva bu gün də özünü onun tələbəsi hesab edir. “Məni bu sənətə gətirən o insana həyatım boyu borcluyam. Sənətdə atdığım hər bir addımda mənə kömək edib, səhnəyə çıxmağımda rejissor kimi, vokal ifada müəllim kimi”, - söyləyən Xalq Artisti onunla birgə fotoşəklini zalın görkəmli yerində divardan asıb. Yeri gəlmişkən, müğənni üçün ən əziz fotoşəkil isə onun dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevlə çəkdirdiyi fotodur. O, M.Maqomayevin ömür-gün yoldaşı Tamara Sinyavskayanın vaxtilə söylədiyi "Siz böyük ulduz ola bilərsiniz" sözlərini də unutmur.

Bu gün F.Hacıyevanın tələbləri də ona sədaqətlidir. Konsertdən əvvəl Elçin Əliyev etiraf etdi ki, hər ifaçı sənətin sirlərini gənc nəslə öyrətməyə can atmır, gənclərə bəzən qısqanclıqla yanaşanlar da olur. Lakin F.Hacıyeva tələbələrindən heç nəyi əsirgəmir. E.Əliyev Musiqi Mərkəzinin gələcəkdə akademiya səviyyəsinə yüksələcəyinə, yeni-yeni istedadları üzə çıxaracağına inanır.

"Xınayaxdı gecəsi" filmi dünyaya pəncərə açır

Tədbirdə F.Hacıyevanın çəkildiyi “Xınayaxdı gecəsi” filminin təqdimatı da keçirilib. Filmin rejissoru Nail Naiboğlu, ssenari müəllifi Nazilə Səfərlidir. Azərbaycan adət-ənənələrinin əks etdirildiyi bu film təkcə ölkəmizdə deyil, xaricdə də nümayiş olunacaq. Ekran əsərində F.Hacıyeva milli musiqi əsərlərimizi ingilis dilində ifa edir. Nazilə Səfərli isə “Arşın mal alan” operettasından “Gözəlim, yar gözəlim” mahnısını səsləndirib. Filmdə rejissor işini də vurğulamaq yerinə düşər. İyirmi dəqiqəlik film adət-ənənələrimizi dolğun əks etdirir, tamaşaçını bir qədər Novruz bayramına aparır. Filmi Azərbaycan mədəniyyətinin təbliği işinə töhfə kimi qiymətləndirmək olar. F.Hacıyeva deyir: “Xınayaxdı analoqu olmayan bir ənənədir. Çalışdıq ki, hər bir detalı o filmdə göstərək. Dünyanın bir çox məşhur müğənniləri bizim naxışlardan istifadə edirlər. Çalışdıq ki, həmin naxışların, xonçaların xalqımıza məxsus olduğunu göstərək. Filmin ərsəyə gəlməsində bir çox işlər görüldü. Nazilə xanım öz ifası ilə istedadının yeni bir tərəfini üzə çıxardı. Bu layihəni Fransadakı Azərbaycan Evinə Mirvari Fətəliyevaya təqdim etmişik. O, bunu çox bəyənib və öz səhifəsində paylaşıb. Biz adət-ənənələrimizin təbliğini davam etdirəcəyik”.

Nazilə Səfərli isə qeyd edir ki, sovet dövründə adət-ənənələr, o cümlədən xınayaxdı mərasimi bir növ yasaq edilsə də, yerli əhali bunu davam etdirib. “Xınayaxdı gecəsi” filmi dünyaya pəncərə açır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçirilib

Türk ekspert: Azərbaycan müstəqil siyasət yürütdüyü üçün ABŞ-ın riyakarlığı ilə üzləşib

Əməkdar incəsənət xadimi məktəblilərlə görüşəcək

Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsümün püşkatma mərasimi keçirilib

UNESCO Rabat şəhərini 2026-cı ildə dünyanın kitab paytaxtı elan edib

Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq

Voleybol üzrə Azərbaycan Kubokunun püşkü atılıb

Naxçıvan “GreenFest”ə hazırlaşır

TƏBİB: Cari ilin ilk 9 ayında 62 milyona yaxın tibbi xidmət göstərilib

Zaqatalada “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək

Boztəpə kanalının yenidən qurulması nəticəsində 9775 hektar sahənin suvarma suyu ilə təminatı yaxşılaşıb

FIBA Avropa Kuboku: "Sabah" bu gün Belçika klubu ilə qarşılaşacaq

Türkiyədə Qədim Roma dövrünə aid hərbi istehkam tapılıb

Bu gün Ümumdünya Poçt Günüdür

Azərbaycanda voleybol üzrə I Liqa yaradılacaq

Azərbaycanda “Halal” sertifikatın təqdim edilməsinə başlanılır

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb VİDEO

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xilasedicilər ötən gün 1-i azyaşlı olmaqla, 6 nəfəri xilas ediblər VİDEO

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb

Məsut Özil Bakıya gəlir

Xəzər rayonunun bir hissəsində elektrik enerjisi olmayacaq

Dünya çempionatı: Azərbaycan minifutbol millisi Çexiyanı sınağa çəkəcək

BDU “THE World University Rankings 2025” nəticələrinə görə ölkədə liderdir

“Gözlədik ki, hava qaralsın, yuxarı qalxaq...” – “Hadrut əməliyyatı”nın iştirakçıları danışır VİDEO

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib VİDEO

Bakıda minik avtomobili yanıb

Balakəndə narkotik təsiri altında avtomobil idarə edənlər məsuliyyətə cəlb olunublar

ADNSU dünya universitetlərinin reytinq siyahısında yer alıb

İnsan Hüquqlarının Müdafiəsi adı ilə siyasi riyakarlıq - ŞƏRH

Oğuzda yol qəzası zamanı avtomobil çökəkliyə aşıb, xəsarət alan var

KXDR Cənubi Koreya ilə bütün nəqliyyat xətlərini sökməyə başlayıb

Alimlər ölmüş orqanizm hüceyrələrinin ölümdən sonra da fəaliyyət göstərə biləcəyini aşkarlayıblar

Dünyanın “qırmızı mirvarisi” beyni inkişaf etdirir, yaddaşı gücləndirir

Avropa İttifaqı Gürcüstana maliyyə yardımını dayandırır

Ərdoğan: Türkiyə elmi nəşrlərin sayına görə TOP-10 ölkələr sırasına daxil olmağa çalışır

Ramiz Rövşən: “Nəfəs” mənim varlığımın ifadəsidir

Bakıda təkər tullantıları yığılmış yerdə yanğın olub

Kosovoda Serbiya məhsullarının idxalına qoyulan qadağa ləğv olunub

Harris: Baydenin yerinə prezident olsam, ondan fərqli heç nə etmərəm

Tbilisinin mərkəzindəki çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Prezident İlham Əliyev Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verib VİDEO

Salyanda avtomobil su kanalına düşüb, sürücü ölüb

Külək Goranboyda fəsadlar törədib

Cəlilabadda avtomobil körpüdən çaya düşüb, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Dünya çempionatı: Azərbaycanın minifutbol millisi Hindistanı darmadağın edib

Cozef Bayden “Milton” qasırğasına görə xarici səfərlərini təxirə salıb

Prezident İlham Əliyev: Nankorluq ABŞ-ın Azərbaycana qarşı sanksiyaları kontekstində onunla bağlı istifadə olunacaq ən sərt söz deyil

Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik VİDEO

Azərbaycanlı gənclər ATƏT-in tədbirində erməni iddialarını ifşa ediblər

UNESCO: Azərbaycanın COP29-a sədrliyi çərçivəsində C4C adlı təşəbbüsünə həsr edilmiş konfrans olub VİDEO

Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçıları dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub

Ekspert: COP29-un Azərbaycana həvalə edilməsi çox böyük uğurdur VİDEO

Moskvada MDB dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub

Ersin Tatar “TEKNOFEST-2025” festivalının ŞKTC-də keçirilməsi qərarını alqışlayıb

Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər təhlil olunub

İyun-sentyabr aylarında Radiotezliklər üzrə Dövlət Komissiyası 17 müraciəti müsbət cavablandırıb

“Azərişıq” Tovuzda sahibkarlarla görüşüb

X Bakı Beynəlxalq Kitab Sərgisinin mükafatlandırma və bağlanış mərasimi keçirilib

Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4 VİDEO

BDU-da buğda genotiplərinə dair araşdırma aparılır

Biləsuvarda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Ernesto Ottone: Bakıda keçiriləcək COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir VİDEO

X Bakı Beynəlxalq Kitab Sərgisinin Təşkilat Komitəsi AZƏRTAC-a iki sertifikat təqdim edib

ABŞ mediasında “Azərbaycan ədalətli sülh istəyir. Dünya buna icazə verəcəkmi?” adlı məqalə dərc olunub

Antonio Abrö: COP29 dünya ictimaiyyətini səfərbər edəcək qərarların verilməsi baxımından həlledici hadisə olacaq VİDEO

Azərbaycan endemik bitkilərin siyahısına yeni növ əlavə edilib

Petre Mamradze: Bəzi Qərb ölkələri Cənubi Qafqazda xaos və qarşıdurma yaratmaq istəyirlər

Peskov Moskvada Zəngəzur dəhlizi məsələsinin müzakirə olunduğunu istisna etməyib

ABŞ-ın riyakar və ikiüzlü siyasəti regionda sülhə təhdiddir ŞƏRH

Azərbaycanın və Belarusun media subyektləri arasında əməkdaşlıq genişləndirilə bilər

Türkiyənin səhiyyə naziri: Birlikdə hərəkət etdikcə daha güclü olacağıq

İtaliya jurnalı COP29-un əhəmiyyətindən yazıb

Azərbaycan qılıncoynadanı İsveçdə qızıl medal qazanıb

Rusiya-Gürcüstan danışıqlarının 62-ci raundu noyabrın əvvəlinə planlaşdırılıb

® “Unibank”ın “Əjdaha” lotereyasının yeni qaliblərinə hədiyyələr təqdim olunub

Prezident İlham Əliyev: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir

İdxal olunan suxarı məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

Azərbaycanın yunan-Roma güləşçisi Qazaxıstanda bürünc medal qazanıb

Aydın Səfixanlı: Azərbaycanlıların Ermənistandan zorla qovulması beynəlxalq konvensiyalara ziddir VİDEO

Nazir Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Prezidenti: Belarusun təcrübəsi III MDB Oyunlarının keçirilməsində bizim üçün çox faydalı olacaq

BDU-nun Prezident təqaüdçüləri: Məqsədimiz Vətənimizə layiq hüquqşünas olmaqdır

Prezident: 200-ə yaxın ölkənin COP29-un Bakıda keçirilməsi haqqında yekdil qərarı bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlamətidir

Prezident İlham Əliyev: Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib

® “AccessBank”dan yüksək gəlirli 12 faizlik əmanət fürsəti!

Berlində Xalq rəssamı Əşrəf Heybətin “Türk dünyası” adlı sərgisi açılıb

“Üç sehrli inci” kitabının və eyniadlı tamaşanın təqdimatı olub

Səbail rayonu ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Sürəyya Ufak: Dahi şəxsiyyətlər barədə məlumatlar uşaqların anlayacağı səviyyədə təqdim olunur

Bakıda fəaliyyət göstərən ictimai iaşə obyektində normativ tələblərin pozulduğu müəyyən edilib

Azərbaycan millisi Estoniya və Slovakiya ilə oyunların hazırlığına başlayıb

Yens Stoltenberq Münxen Təhlükəsizlik Konfransının sədri olacaq

Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib