DÜNYA
“Forsaj”ın ulduzu müsəlman paltarında
Qahirə, 28 noyabr, AZƏRTAC
“Forsaj” seriyasından filmlərə çəkilən amerikalı aktyor Tayriz Gibson pərəstişkarlarını qeyri-adi geyim seçimi ilə təəccübləndirib.
“Əl-Arabiya”nın məlumatına görə, “Formula-1”in tədbirlərində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşməzdən əvvəl onu aeroportda ərəb kişilərinə məxsus ağ geyimdə və ənənəvi baş örtüyündə görüblər.
Tayriz Gibson jurnalistlərə bildirib ki, müsəlman geyimi onun ərəb regionunun mədəniyyətinə və ənənələrinə olan hörmətdən irəli gəlir. Aktyor qeyd edib ki, bu geyimdə özünü çox rahat hiss edir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:05]
Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]