F.Q.MAQSUDOVUN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Görkəmli Azərbaycan alimi, Azərbaycan Elmlər Akademiyasının prezidenti, akademik Fəraməz Qəzənfər oğlu Maqsudovun xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:
Bakı Şəhər İcra Hakimiyyəti Fəraməz Maqsudovun yaşadığı binaya (Üzeyir Hacıbəyli küçəsi, 37/43) xatirə lövhəsinin vurulmasını təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 mart 2010-cu il.