DÜNYA
Fransa Prezidenti Parisdə törədilən hadisənin terror aktı olduğunu deyib
Paris, 21 aprel, AZƏRTAC
Parisin “Yelisey Çölləri” prospektində silahlı şəxs polis əməkdaşlarına hücum edib. Hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, üç polis əməkdaşı yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən şəxs zərərsizləşdirilib. Şahidlər bildiriblər ki, ətrafda insanların olmasına baxmayaraq silahlı şəxs maşından düşərək birbaşa polisə hücum edib.
Prezident Fransua Olland xalqa müraciət edərək görülən təhlükəsizlik tədbirlərindən danışıb. Fransa Prezidenti aprelin 21-də səhər saat 8-də təhlükəsizlik şurasının iclasının keçiriləcəyini bildirib. Hadisənin terror aktı olmasını qeyd edib.
Bildirilib ki, İŞİD terror aktını öz üzərinə götürüb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [20:55]
Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir
- 08.05.2024 [19:29]
Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib
- 08.05.2024 [19:05]
Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]