FRANSANI TƏTİL DALĞASI BÜRÜMÜŞDÜR
Paris, 11 fevral (AZƏRTAC). Fevralın 10-da Fransanı tətil dalğası bürümüşdür. Hökumətin təhsil sahəsində aparmaq istədiyi islahatlara etiraz əlaməti olaraq ölkənin 19 şəhərində müəllimlər, tədqiqatçılar, tələbələr və kollec şagirdləri küçə nümayişinə çıxmışlar.
Ən güclü nümayiş Parisdə olmuşdur. Təhsil işçiləri həmkarlar ittifaqı təşkilatının çağırışı ilə 50 mindən çox adam nümayişdə iştirak etmişdir. Nümayişçilər Lüksemburq bağından İnvalid kompleksinə doğru hərəkət etmişlər. Onlar hökumətin qarşısında bu il 13 min ali və orta məktəb müəlliminin ixtisarını dayandırmaq, təhsil ocaqlarında sosial durumu yaxşılaşdırmaq tələbini irəli sürmüşlər.
Ölkənin Liyon şəhərində 7, Tuluzda 6, Renndə 3 və Strasburqda 2 min nəfər nümayişə çıxmışdır. Nümayiş dalğası Qrenobl, Lill, Marsel, Nant, Nis və digər şəhərləri də bürümüşdür.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
İordaniyada “Telegram” tətbiqinin fəaliyyəti bloklanıb
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [11:58]