DÜNYA
Fransanın cənub-qərbində meşə yanğınları güclənib
Bakı, 14 sentyabr, AZƏRTAC
Fransız yanğınsöndürənlər ölkənin cənub-qərbində yerləşən Jironda departamentində meşə yanğınlarını nəzarət altına almaqda çətinlik çəkirlər, alov yayılmağa davam edir.
AZƏRTAC Fransa mediasına istinadla xəbər verir ki, hazırda yanğınlar 3,2 min hektardan çox əraziyə yayılıb. Xilasedicilər ötən gecə 300 nəfəri təxliyə ediblər. Bazar ertəsi günündən bəri təxliyə olunanların ümumi sayı isə 840 nəfərə çatıb.
Yanğınların söndürülməsinə 920 yanğınsöndürən və xüsusi aviasiya cəlb olunub. Meşə yanğınları Medok şərabçılıq zonası rayonundakı yaşayış məntəqəsinə yaxınlaşıb.
Meteo France agentliyinin məlumatına görə, sentyabrın əvvəlində Fransanın bir sıra rayonlarında havanın temperaturu rekord göstəriciyə yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]