DÜNYA
Futbol üzrə dünya çempionatının keçiriləcəyi günlərdə Çində yol polisi gücləndirilmiş rejimdə çalışacaqdır
Pekin, 12 iyun (AZƏRTAC). Braziliyada keçirilən futbol üzrə dünya çempionatı günlərində Çində yol polisi gücləndirilmiş rejimdə çalışacaqdır.
Ölkənin İctimai Təhlükəsizlik Nazirliyinin yol hərəkətinə nəzarət bürosu (yol polisi) futbol azarkeşlərinin oyunları izləyən zaman spirtli içki qəbul etmələrindən sonra, habelə gecə yarısı yuxulu və yorğun vəziyyətdə avtomobil idarə etmələrinin qarşısını maksimum almaq niyyətindədir.
Dünya çempionatının keçirildiyi Braziliya ilə 11 saat fərqinə görə Çində oyunlar gecə yarısına və sübh çağına düşəcəkdir.
2010-cu ildə keçirilmiş əvvəlki dünya çempionatı zamanı Çində 33 min 580 spirtli içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edilməsi faktı qeydə alınmış, 225 qəzada 91 nəfər ölmüş, 247 nəfər yaralanmışdı.
Şahin Cəfərov
AzərATc-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [21:18]
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib
- 08.05.2024 [21:17]
Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq
- 08.05.2024 [20:55]
Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir
- 08.05.2024 [19:29]
Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib
- 08.05.2024 [19:05]
Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]