Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər YENİLƏNİB VİDEO

Füzuli, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər.

Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.

AZAL-ın prezidenti Cahangir Əsgərov dövlət başçılarına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.

O da qeyd olundu ki, hazırda Zəngilan və Laçında beynəlxalq hava limanları tikilir və onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək.

Daha sonra dövlət başçılarına Cocuq Mərcanlıda açılacaq Suvenir İstehsalı Müəssisəsinin fəaliyyəti barədə məlumat verildi. “Cocuq Mərcanlının İnkişafı” Fondu, “TÜİB” və “TİKA”nın maliyyə dəstəyi ilə yaradılacaq müəssisədə Cocuq Mərcanlı kəndinin 25 sakini işlə təmin olunacaq. Burada hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri və digər məhsullar istehsal ediləcək. Müəssisənin tikintisinə dövlət də öz dəstəyini verib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin operatorluğu ilə şirkət təsis olunub, istehsal avadanlıqları alınıb və istehsalın təşkili üçün Türkiyədən mütəxəssislər cəlb edilib. Bundan əlavə, “TİKA”nın dəstəyi ilə 15 istixana yaradılıb. 15 ailənin çalışdığı istixanalarda lavanda və bibəriyyə bitkiləri, tərəvəz yetişdiriləcək.

Beləliklə, ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir. Bu hava limanının istifadəyə verilməsi bölgəyə səfər edənlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, nəinki Füzulinin, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.

Daha sonra dövlət başçıları söhbət etdilər.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Yaxından çəkin. Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. “Xarıbülbül” təsviri də üstündə.

Prezident Rəcəb Tayyib Ərdoğan: Şuşaya gəlmişdik. Buradan Şuşa yaxındır. “Xarıbülbül” də Şuşanın simvoludur.

Prezident İlham Əliyev: Bəli, çox sağ olun, təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi başlanır

BDU-da IFLA-nın fəaliyyətinə həsr olunmuş elmi seminar

Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub

İstanbul hava limanlarından üç ayda 27,1 milyon sərnişin istifadə edib

Azərbaycan və Özbəkistan arasında elmi əməkdaşlıq genişlənir

Naxçıvan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb

Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi Sankt-Peterburqda qeyd olunub

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblər

Tərtərdə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Aqrar Universitet ilə Diclə Universiteti arasında memorandum imzalanıb

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa səsləyib

Almaniyada Ulu Öndərin doğum günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar idman yarışları keçiriləcək

YAP Səbail rayon təşkilatında gənclərin “91-lər”lə görüşü təşkil edilib

“Azərpoçt”un “İnternet bankçılıq” xidməti istifadəyə verilib

® “Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir

Aİ-nin növbəti sanksiyası Rusiyanın neft tankerlərindən ibarət “kölgə donanması”na qarşı olacaq

Professor Musa Qasımlı: Azərbaycanın dörd kəndinin geri qaytarılması rəsmi İrəvanın reallığı dərk etməsidir

Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk

Nasir Kənani: Cənubi Qafqaza xarici hərbçilərin yerləşdirilməsi xalqlarımızın maraqlarına cavab vermir

Rusiya Prezidenti: Heydər Əliyev BAM layihəsinin icrasında böyük rol oynayıb

“Qlaqolitsa” ədəbi mükafatı üçün ərizələrin qəbuluna start verilib

Dilçilik İnstitutu Qazaxıstan Milli Avrasiya Universiteti ilə əməkdaşlıq edəcək

Prezident İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub YENİLƏNƏCƏK

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyası təqdim edilib

Xəzər dənizinin Azərbaycana mənsub sularına icazəsiz daxil olan iki İran vətəndaşı saxlanılıb

Abşeron rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan qılıncoynadanları dünya birinciliyində çıxışlarını başa vurublar

Britaniyada iki nəfər Çinə casusluqda ittiham olunur

“Türk dünyasında ortaq əlifba və ünsiyyət dili” kitabının təqdimatı keçirilib

Azərbaycan Naşirlərinin I Forumunun proqramı açıqlanıb

Zümrüd Dadaşzadə: Fərəc Qarayev Azərbaycan musiqi mədəniyyətində müstəsna rola malikdir

Ağdərədə odlu silahlar tapılıb

Mütəxəssis: Xora həzm sistemi xəstəlikləri arasında geniş yayılıb

Cəbrayıl sakini doğma rayonuna 70 baş dəvəsilə qayıtmaq istəyir FOTO

İctimai şuranın üzvləri “Qaradağ” Günəş Elektrik Stansiyasında olublar

Azərbaycan Gürcüstanla nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

® “Baku Steel Company” QSC Almaniyada “Tube 2024” sərgisində Azərbaycanı təmsil etdi VİDEO

Paris müəllimləri məktəblərdəki acınacaqlı vəziyyətə etiraz edirlər

“El Klasiko”da zədələnən futbolçu Avropa çempionatını buraxa bilər

Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 24 metrə çatır

Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr əvəzi Beynəlxalq Maarif Məktəbində yaradılmış şəraitlə tanış olub

Azərbaycanda pomidor sahələrinin sığortasına başlanılıb

Peskov: Rusiya ilə Azərbaycanın iqtisadi-ticari əlaqələri genişləndirməsi üçün potensialı var

Kanq Cie: Fiberoptik xətlərin çəkilməsi ilə Azərbaycan çox mühüm məlumat mərkəzinə çevriləcək

Mikayıl Azaflının şeirləri yeni kitabda

Ermənipərəst fransız siyasətçi öz vəzifəsindən sui-istifadə edir

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” liderlə xal fərqini minimuma endirib

Koreya şirkətlərinə Azərbaycanda biznes üstünlükləri barədə seminar keçirilib

Əlcəzair parlamentariləri Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Bakı Müasir Musiqi Cəmiyyəti Fərəc Qarayevin yaradıcılığına həsr olunmuş konsert təşkil edəcək

Yeni nəşr: “Türk folklorşünaslığı tarixində İqnats Kunoş adı”

ANAMA: Ötən həftə 452 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO

Bu gün Beynəlxalq Yer Günü kimi qeyd olunur

“Utancaq qız” növbəti dəfə səhnədə

Prezident İlham Əliyevin Rusiyaya səfəri: Ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə

FHN-in Aran Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Rusiya Prezidentinin köməkçisi: Heydər Əliyev adamlarla ünsiyyət qurmağı bacarırdı

Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

Yüksək dağlıq ərazilərdə qarölçmə işləri yekunlaşıb

XXI əsrin bombardirləri: Bir təqvim ilində 40 və daha çox qol vuranlar

Bu il 530-dan çox şəhid ailəsi üzvü və müharibə veteranı üçün kiçik bizneslər yaradılıb

“Məhəmməd Füzuli: elm, bilik, fəlsəfə” - seminar

KTMT Ermənistanın bu təşkilatda fəaliyyətinin davam etdiyini bildirib

BDU-nun magistrantı Çexiyanın Karlov Universitetinin doktoranturasına qəbul olub

Nəsimi rayonunda silah və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

KTMT-nin baş katibi: Azərbaycanın Qarabağda təhlükəsizliyi təmin edəcək öz qüvvələri var

Bu il Çindən Azərbaycana gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq

Dünyada silahlanmaya xərclənən vəsaitin həcmi rekord həddə çatıb

Azərbaycanlı alim Özbəkistanın “Turan” Elmlər Akademiyasının həqiqi üzvü seçilib

“Dərinsulu Günəşli” platformasından indiyədək 18 milyard kubmetrdən çox qaz hasil edilib

Birinci siniflərə qəbulla bağlı ən çox verilən suallar cavablandırılıb

Monitorinq: Xırdabuynuzlu heyvanların taunu xəstəliyi ilə bağlı şübhəli hal aşkarlanmayıb

ADSEA və BP su sisteminin yaradılması və bərpası məqsədilə birgə 3 layihə icra edəcək

Dövlət Komitəsinin saytından dəstək xəttinə artıq birbaşa zəng etmək mümkündür

Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Vergi orqanlarına daxil olmuş inzibati şikayətlərin sayı açıqlanıb

Fərid Şəfiyev: Azərbaycan Çinlə iki platformada dialoq aparmalıdır VİDEO

İsrail ordusunun hərbi kəşfiyyat rəisi istefaya gedir

Ekvadorlu futbolçu: Bütün diqqətimi “Sumqayıt”la avrokuboklara vəsiqə qazanmağa yönəltmişəm

Ekvadorda həbsxana rəisi öldürülüb

“Qlobal və regional dinamika: Azərbaycan və Çindən baxış” -panel müzakirə

Federasiya prezidenti Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib

Gürcüstan parlamentariləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Məktəblilərin iştirakı ilə “EcoGreenAction” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib

Mərkəzi Elmi Kitabxananın fonduna yeni daxil edilən nəşrlərin sərgisi keçirilir

“Neftçi”nin basketbolçusu: Kuboku qazanaraq hədəflərimizi daha da böyütdük

Türkiyə Prezidenti İraqa rəsmi səfər edib

Sankt-Peterburqda “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimatı olacaq

ABŞ və Filippin Cənubi Çin dənizində döyüş təlimlərinə başlayıb

Birinci sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblər bəlli olub

Azərbaycanın rayonlarının bəzi yerlərində gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir

Türkiyəli qonaqlar Ədəbiyyat Muzeyindən xoş təəssüratla ayrılıblar

“Bilim Bakı” mərkəzinin şagirdləri Türkiyədə uğur qazanıblar

Bakıda 72 yaşlı qadın itkin düşüb

Panel müzakirə: Turizm təhsilində ən yaxşı təcrübələr

Stoltenberq: NATO Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşmalıdır

Bu gün kişi voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Dövlət Turizm Agentliyinin aparat rəhbəri: Əsas məqsəd turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrini bir yerə toplamaqdır

Çinin böyük şəhərlərinin təxminən yarısı çökmə riski ilə üzləşib