İQTİSADİYYAT
Füzuli rayonunun təbii qazla təminatı yaxşılaşdırılır
Füzuli, 23 iyul (AZƏRTAC). “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Füzuli rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir.
Füzuli rayon qaz istismar sahəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ildə rayonun Əhmədalılar, Qazaxlar, Mirzənağılı, Yağlıvənd, Bala Bəhmənli, Alxanlı və Qarabağ kəndlərinə təbii qaz verilmiş, bununla da rayonun mavi yanacaqla təmin olunmuş yaşayış məntəqələrinin sayı 15-ə çatmışdır. İndiyədək rayonda ümumi uzunluğu 311 min metrdən çox müxtəlif diametrli qaz xətləri çəkilmiş, 4 min 500 abonent təbii qazla təmin olunmuşdur.
Hazırda rayonun 2-ci Mahmudlu və Aşağı Kürdmahmudlu kəndlərində qaz çəkilişi davam etdirilir. İlin sonunadək Yuxarı Kürdmahmudlu, Mahmudlu, Zərgər, Dilağarda, Əhmədbəyli kəndlərinin və Zobucuq qəsəbəsinin də qazlaşdırılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]