ELM VƏ TƏHSİL
“Füzulişünaslıq: tarixi və nəzəriyyəsi” monoqrafiyası özbək dilində nəşr olunmuşdur
Bakı, 27 fevral (AZƏRTAC). Füzulişünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri, filologiya elmləri doktoru, professor Gülşən Əliyevanın Daşkənddə “Füzulişünaslıq: tarixi və nəzəriyyəsi” (özbək dilində) monoqrafiyası nəşr olunmuşdur.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, “Mümtaz söz” nəşriyyatında çapdan çıxmış monoqrafiyanın redaktoru filologiya elmləri doktoru, professor Həmidulla Boltabayev, rəyçiləri AMEA-nın müxbir üzvü Teymur Kərimli və filologiya üzrə fəlsəfə doktoru Yaşar Qasımovdur.
Kitabı özbək dilinə Feyzi Şahismayil tərcümə etmişdir.