DÜNYA
“Gazprom” “OMV” ilə LNG müqaviləsi imzalayıb
Bakı, 3 iyun, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Avstriyanın “OMV” şirkəti ilə Qara dənizdə aşağı həcmli mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı, nəqli və satışının artırılmasına dair əməkdaşlıq müqaviləsi imzalayıb.
AZƏRTAC xəbər verir ki, sənədi Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller və “OMV” idarə heyətinin sədri Rainer Seele imzalayıb.
Müqavilə çərçivəsində “Gazprom” və “OMV” Rusiyanın Qara dəniz sahilində aşağı həcmlərdə LNG istehsalı, nəqli və satışının həyata keçirilməsini nəzərdə tutulan terminalın inşası üçün əməkdaşlıq edəcək. İki şirkət, həmçinin Orta və Cənub-Şərqi Avropa bölgələrində yerləşən qazötürücü infrastrukturlarının inkişaf etdirilməsinə dair koordinasiyanın artırılmasında birgə iş aparmağı hədəfləyir.