CƏMİYYƏT
Gədəbəydə milli-mənəvi dəyərlərimizdən və dini maarifləndirmənin aparılmasında medianın rolundan danışılıb
Bakı, 12 iyun, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi, Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH), polis şöbəsi və Qazax-Tovuz regional təhsil idarəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz və dini maarifləndirmənin aparılmasında medianın rolu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə DQİDK-nın şöbə müdiri Rasim Tağıyev, Gədəbəy RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov, məktəb psixoloqları, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı gələcək nəslin dünyagörüşünün formalaşmasında milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliğ olunmasının vacibliyi, bu məsələdə medianın, eləcə də sosial şəbəkələrin rolunun artırılmasının günün tələbi olduğu vurğulanıb.