İQTİSADİYYAT
Gəmiçilikdə dezinfeksiya işləri davam etdirilir
Bakı, 16 fevral, AZƏRTAC
“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrası məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Akademik Zərifə Əliyeva”, “Cəlil Məmmədquluzadə”, “Cəfər Cabbarlı”, “PS-173”, “PSK-31”, “PSK-40”, “Vasif Hüseynov”, “SOCAR-1”, “Abşeronskaya-6”, “General Əsədov” gəmilərində, eləcə də Pirallahı, Damba və Şimal körpülərinin sahil ərazilərində, yaşayış yerlərində, giriş-çıxış və inzibati ərazilərdə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun paltardəyişmə otaqlarında və yeməkxanasında aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]