Azərbaycan Dövlət İnformasiya Agentliyi

GƏNC İSTEDADLARIN XÜSUSİ TƏQAÜDƏ LAYİQ GÖRÜLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:

Eyvazova Ayan Fuad qızı - Bakı Xoreoqrafiya Məktəbinin

I kurs tələbəsi

Quliyeva Çinarə Əhməd qızı- Bakı Xoreoqrafiya Məktəbinin

IX sinif şagirdi

Nəcəfova Pərvin Fərhad qızı- Bakı Xoreoqrafiya Məktəbinin

III kurs tələbəsi

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin