Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

Bağırov Emil Oqtay oğlu - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi

Əhmədzadə Emil Kinyaz oğlu - Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi

Eminzadə Emin Xəzər oğlu - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi

Hacızadə Suada Elxan qızı - Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi

Hüseynov Orxan İsa oğlu - Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi

Hüseynzadə Lalə Natiq qızı - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi

Məcidov Elman Aydın oğlu - Hamburq Musiqi və Teatr Ali Məktəbinin tələbəsi

Omarlı Şükür Şəfi oğlu - Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi

Quliyev Ağarəhim Vaqif oğlu - Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdi

Səmədli Soltan Bayram oğlu - Azərbaycan Milli Konservatoriyasının tələbəsi

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin