REGİONLAR
Gəncədə 40 çoxmənzilli binada 80-dən çox lift dəyişdiriləcək
Gəncə, 19 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə 40 çoxmənzilli binada 80-dən çox lift dəyişdiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 5 fevral tarixli Sərəncama dəyişikliklər edib. Dəyişikliklərə əsasən, Gəncədə lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş çoxmənzilli binaların sayı 35-dən 40-a, dəyişdiriləcək liftlərin sayı isə 75-dən 83-ə çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.05.2024 [17:57]
Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar
- 02.05.2024 [15:38]
Azərbaycanda barama mövsümünə start verilib VİDEO
- 02.05.2024 [13:33]