Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Allahşükür Paşazadə: Fransada Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı islamofob zehniyyətin nümunəsidir VİDEO

Allahşükür Paşazadə: Fransada Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı islamofob zehniyyətin nümunəsidir VİDEO

Şuşa, 2 may, Tahir Ağaməmmədov, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərimizdə əsarətdən qurtulmuş dini-mənəvi irsin ehtiramla bərpası, nəfis şəkildə yenidən qurulan məscid və ziyarətgahlar, bütün dinlərə məxsus ibadətgah məkanları ali diqqət və multikultural dövlətçilik təfəkkürünün təzahürüdür. Burada, Şuşada, Zəfər yolu boyunca azad olunmuş torpaqlarımızdan keçərkən gördükləriniz erməni vandalizminin ağır nəticələridir. Bu gün yandırılmış torpaqlara yeni həyat verilir, dağıdılmış mədəni-mənəvi irs bərpa edilir, basdırılmış minalar təmizlənir, məhv edilmiş şəhər və kəndlərimiz yenidən dirçəldilir. Budur Azərbaycan həqiqətləri və bu gerçəkliklər bəzi dövlət və beynəlxalq təşkilatların qərəzli fikir və bəyanatlarına ən tutarlı cavabdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşündə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, Ermənistanın əsas havadarı kimi çıxış edən Fransada Azərbaycan şairəsi Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı erməni işğalçılarının burada, Şuşada törətdiyi analoji vandalizm ilə eyni qəbildən olub, islamofob zehniyyətin nümunəsidir: “Halbuki Xankəndidə separatizmə son qoyan Azərbaycan oradakı erməni dini-mədəni abidələrini dövlət səviyyəsində qoruyur. Bu əsnada, bəzi qüvvələrin dini zəmində ayrı-seçkilik halları ilə yanaşı, dövlətlərin suverenliyinə təhdid olaraq separatizm kartından istifadə etmək kimi məkrli, mənfur meyilləri qətiyyətlə pisləyirik”.

Şeyxülislam Allahşükür Paşazadə deyib: “Azərbaycan torpaqlarında müsəlmanlarla yanaşı pravoslavlar, katoliklər, yəhudilər və digər etiqad sahibləri əsrlər boyu dinc yanaşı, bir ailə kimi yaşayır, ibadət və mərasimlərini sərbəst şəkildə icra edirlər. Ermənilər də zamanında multikultural Azərbaycan ailəsinin üzvü olmuşlar. Bu gün separatçılıq və revanşizm ideyaları ilə çıxış edən Ermənistandakı siyasilərə və erməni kilsəsinə buradan - mədəniyyət paytaxtımız Şuşadan xitab edərək bəyan etmək istəyirəm ki, bir daha xülyalara qapılmasınlar, mənfur separatçılıq meyillərinə uyaraq qonşu torpağına iddia etməsinlər, kimlərinsə silah-sursat vədinə, kilsə kürsüsündən qızışdırıcı moizələrə, qisas çağırışlarına aldanıb gələcəklərini təhlükəyə məruz qoymasınlar, Azərbaycanın bölgədə sülh, əmin-amanlıq və rifah istiqamətində təşəbbüslərinə qoşulsunlar. Azərbaycan xalq-dövlət birliyi sayəsində ölkəmizə qarşı bütün məkrli planların bundan sonra da öhdəsindən gələcək və ərazisindəki bütün xalqların nümayəndələri olan, o cümlədən erməniəsilli vətəndaşlarına dinc mehriban ailə kimi tərəqqi içərisində yaşamaq hüququ təmin etməkdə davam edəcək. Bu əsnada, Azərbaycan-Ermənistan sərhəd delimitasiyası istiqamətində atılan ilk addımı dəstəkləyir və xeyir-dua veririk”.

Allahşükür Paşazadə: Fransada Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı islamofob zehniyyətin nümunəsidir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliya 2026-cı ildə Avropa Universitet Oyunlarına ev sahibliyi edəcək

2050-ci ildə İtaliya əhalisinin 4 milyon nəfər azalacağı gözlənilir

Avropa Universitet Oyunlarının bağlanış mərasimi olub

Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 iyul 2024-cü il tarixli 02 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 iyul 2024-cü il tarixli 03 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 22 iyul tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Zelenski: Çinin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə dair açıq siqnal var

QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib

Saymon Stil: Gənclərin səsi çox eşidilərsə, iqlim dəyişmələri ilə mübarizə fəaliyyəti də bir o qədər sürətlənər VİDEO

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda meşələrin dövlət uçotu və kadastrı aparılır

Samir Abasov: “Fehervar” çətin komandadır

Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir VİDEO

Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda

Qəbələ rayonundakı Tikanlıçaydan sel keçir

Azərbaycan basketbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Ombudsman Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Slovakiya klubunun baş məşqçisi: “Zirə”nin taktiki hazırlığı yüksək səviyyədədir

“Dunayska Ştreda”nın futbolçusu: “Zirə” keyfiyyətli komandadır

AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır

İmişlidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin sədri Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının fəaliyyəti ilə tanış olub

Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri “Heydər” məscidində olub

Naxçıvan Muxtar Respublikasında daha bir xidmət mərkəzi istifadəyə verilib

Qarabağ Universitetinin rektoru yüksək bal toplayan abituriyentlər ilə görüşüb

Azərbaycan və Qırğızıstanın prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələri genişləndiriləcək

Zəfərimizə layiq olmaq, yaxud media və cəmiyyət məsuliyyəti

Taxıl biçini ilə bağlı müsabiqə elan edilib

"Qərbi Azərbaycana Qayıdış Konsepsiyası: ictimai düşüncə və diasporumuzun iştirakçılığı" mövzusunda dəyirmi masa keçirilib

Rəşad Sadıqov: "Dunayska Ştreda” "Şerif"dən fərqli olaraq, təşkilatlanmış komandadır

“SAY: İRSİMİZ” layihəsinə start verilir

Dörd il ərzində Ayasofyanı 25 milyon insan ziyarət edib

Baş Prokurorluq informasiya portalına rəsmi xəbərdarlıq edib

Özbəkistanda qaz hasilatı azalmaqda davam edir

İtaliyada meşə yanğını: 1200 turist təxliyə edilib

Erməni ifaçının bəstəkar Bəhram Nəsibovun müəllif hüquqlarını pozması “Youtube” rəhbərliyi tərəfindən öz təsdiqini tapıb - birgə məlumat

Türkiyənin təhsil naziri ölkədəki 12 fransız məktəbinin fəaliyyətini tənqid edib

Azərbaycanın xarici işlər naziri İsrail Xarici İşlər Nazirliyinin baş direktoru ilə görüşüb

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyəti AQTİ-də olub

Nehrəmdə su təminatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işi başa çatıb

Deputatlığa namizədliyini irəli sürənlərdən 911 nəfəri imza vərəqəsi alıb

Kəlbəcərə köçürüləcək şəxslər üçün növbəti peşə kursuna start verilib

Bakıda Mıkola Miroşnıçenko və Abbas Abdullaya həsr olunmuş ədəbi-bədii axşam keçiriləcək

Astanada Ümumdünya Köçəri Oyunları keçiriləcək

Niderlandda qaçqınlara çəkilən xərclər bir milyard avrodan çox artıb

“Paris-2024” Yay Olimpiya Oyunlarına start verilib

Laçında yaşıl enerji zonasına dəstək tədbiri keçirilib VİDEO

® “Ziraat Bank Azərbaycan” 2024-cü ilin ikinci rübünü uğurla başa vurub

DSX: Sərhəd pozucuları tərəfindən iki sərhədçinin həyatına qəsd olunub

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Mətanət Məhərrəmova: Xalçaların sirlərini və sehrini qoruyan ipləri və naxışları sevirəm

Psixoloq: Anasız uşaq şəxsiyyət kimi formalaşmaqda çətinlik çəkir, atasız uşaq isə assosial olur

Bərdə və Tərtərdə istismarına icazə verilən bir sıra obyektlərin çıxarışları sahibkarlara təqdim olunub VİDEO

Dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb

YAP Sədrinin müavini ilə MDB PA-nın uzunmüddətli müşahidə missiyasının üzvləri arasında görüş keçirilib

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

Psixoterapevt: Valideynlər özlərinin gerçəkləşdirə bilmədikləri arzularını övladlarından gözləməməlidirlər

Bu il 4 mindən çox şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Azərbaycanın və Türkiyənin Konstitusiya məhkəmələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi son 3 ayda uğurlu layihələrə imza atıb

Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi anılıb

Goranboyda avtomobillə adam öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Memarlıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Ərdoğan: Türkiyə dünyada dostlarının sayını artırmağa çalışır

Gülnar Seyidli: Zəif tərəfləri qəbul etmək bacarığı güclülük əlamətidir

Azərbaycanın paralimpiya çempionları üçün Prezidentin xüsusi paralimpiya təqaüdü təsis edilib

Almaniyada parlament seçkiləri 2025-ci ilin sentyabrında keçiriləcək

Azərbaycanın olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyinin artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

DOST Agentliyində Moldova nümayəndə heyəti ilə görüş olub

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1191-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Köln aeroportu iqlim fəallarının etiraz aksiyasından sonra uçuşları bərpa edib

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qlobal istiləşmə: planetimizdə oksigen qıtlığı sürətlə artır – tədqiqat

Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək

Mənzildən 3000 manat oğurlayan şəxs saxlanılıb

BMU rektoru Koreyada yay məktəbində iştirak edəcək tələbələrlə görüşüb

Türkiyə süni intellekt üzrə milli strategiyasını yeniləyib

2034-cü il Qış Olimpiya Oyunlarının keçiriləcəyi ölkə açıqlanıb

DİM jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

“Barselona”nın futbolçusu sıradan çıxıb

Qazaxıstanda Kurık limanını Orta Dəhlizlə birləşdirəcək yolun təmiri başa çatır

N.X.Hacıyevin “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Viza liberallaşması fonunda Ermənistanın demoqrafik böhranı və Avropanın məqsədləri - RƏY

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı davam edir

Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir

Ersin Tatar: Prezident İlham Əliyev Şimali Kiprə münasibətdə siyasi rəşadət nümayiş etdirdi

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) nümayəndə heyəti ilə görüş keçirilib

Ramilia Əliyeva: Qısa müddət ərzində Azərbaycan bir çox böyük dövlətlərin edə bilmədiklərini bacarıb

Yeni layihəmi “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr etmişəm – istedadlı pianoçu

Türkiyədəki “Kültürel Azerbaycan” jurnalının xüsusi buraxılışı Füzuli irsinə həsr olunacaq

“29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində BƏT-lə birgə seminar keçirilir