“Avro-2026”: Azərbaycan futzal millisi püşkatmada 3-cü səbətdə yer alacaq

Bakı, 17 may, AZƏRTAC
Mayın 30-da futzal üzrə 2026-cı il Avropa çempionatının əsas mərhələsinin püşkü atılacaq.
AZƏRTAC xəbər verir ki, komandalar artıq UEFA-nın reytinq cədvəlindəki yerlərinə uyğun olaraq səbətlərə bölünüb.
Reytinq cədvəlinin 16-cı pilləsində qərarlaşan Azərbaycan millisi 3-cü səbətdə yer alıb və qrupun ikinci komandası olacaq. 3-cü səbətdə yer alan komandalar qrup mərhələsində yığmamızın rəqibi olmayacaqlar.
1-ci səbət: Albaniya, Norveç, Yunanıstan, Türkiyə, Kipr, İsveçrə, Bolqarıstan, Andorra, Malta, Avstriya
2-ci səbət: Belarus, Moldova, Belçika, Şimali Makedoniya, Almaniya, İsveç, Monteneqro, Kosovo, İngiltərə, Danimarka
3-cü səbət: Niderland, İtaliya, Çexiya, Rumıniya, Azərbaycan, Gürcüstan, Slovakiya, Macarıstan, Ermənistan, Bosniya və Herseqovina
4-cü səbət: Portuqaliya (son qalib), İspaniya, Qazaxıstan, Ukrayna, Xorvatiya, Finlandiya, Fransa, Polşa, Sloveniya, Serbiya
UEFA İcraiyyə Komitəsinin qərarı ilə Belarus ilə Ukrayna, Kosovo ilə Bosniya və Herseqovina, Kosovo ilə Serbiya eyni qrupda yer ala bilməzlər:
AVRO-2026-nın təqvimi
Əsas mərhələ: 9-18 dekabr (2024-cü il), 27 yanvar – 5 fevral (2025-ci il), 3-12 mart (2025-ci il), 7-16 aprel (2025-ci il).
Pley-off / püşkatma: 15 may (2025-ci il)
Pley-off / oyunlar: 15-24 sentyabr (2025-ci il)
Final mərhələsi (Latviya və Litva): 18 yanvar – 8 fevral (2026-cı il)
Qeyd edək ki, Avropa çempionatına Latviyanın Riqa və Litvanın Kaunas şəhərləri ev sahibliyi edəcək. Seçmə mərhələdə 40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya ilə Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq.