Gəncədə kitab sərgisi keçirilib
Gəncə, 12 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında fonda daxil olan yeni kitabların sərgisi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə Azərbaycan, rus və ingilis dillərində müxtəlif elm sahələrini əhatə edən ədəbiyyatlar nümayiş olunub.
Kitabxanaçı Səbinə Piriyeva oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də yeni oxucuları kitabxanaya cəlb etmək məqsədilə keçirilən sərgidə son günlərdə fonda daxil olmuş 405 nüsxədən çox kitabın nümayiş olunduğunu bildirib.
Sərgidə fəal oxucular, eləcə də tələbələr nümayiş olunan kitablarla maraqlanıblar.