REGİONLAR
Gəncədə “KönüllüSən” adlı layihənin icrasına başlanılıb
Gəncə, 29 avqust, AZƏRTAC
Gəncədə “Odlar Yurdu” və “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” ictimai birliklərinin təşkilatçılığı, Gəncə şəhər gənclər və idman baş idarəsinin dəstəyi və “Coca-Cola Azərbaycan” şirkətinin tərəfdaşlığı ilə “KönüllüSən” adlı layihənin icrasına start verilib. Layihənin ilk günü peşəkar təlimçilər iştirakçı gənclərlə könüllülük və liderlik mövzularında müzakirələr aparıblar.
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova AZƏRTAC-a deyib ki, layihənin həyata keçirilməsində əsas məqsəd gənclərə könüllülük prinsiplərinin aşılanması və “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” proqramı üçün könüllülər yetişdirilməsidir. Layihənin sonunda fəal iştirakçılarla əməkdaşlıq müqaviləsi imzalanacaq və onlar “Gəncə-2016” tədbirlərində könüllü olmaq üçün akkreditasiyadan keçmək imkanı əldə edəcəklər.