MƏDƏNİYYƏT
Gəncədə Milli Teatr Günü qeyd edilmişdir
Gəncə, 10 mart (AZƏRTAC). Gəncədə Milli Teatr Günü qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, Gəncə Dövlət Dram Teatrında keçirilən tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri çıxış edərək teatrın həyatımızda oynadığı roldan, onun gənc nəslin tərbiyəsindəki əhəmiyyətindən danışmışlar. Natiqlər bu sahənin işçilərini təbrik etmiş, onlara yeni-yeni yaradıcılıq uğurları arzulamışlar.
Sonra 1873-cü il martın 10-da görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin “Lənkəran xanın vəziri” komediyası ilə bünövrəsi qoyulmuş Milli Teatr Günü münasibətilə Gəncə aktyorlarının hazırladıqları ədibin daha bir əsəri - “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşası göstərilmişdir.
Səhnə əsəri tamaşaçıların alqışları ilə qarşılanmışdır.