CƏMİYYƏT
Gəncədə və Goranboyda işəgötürənlərin iştirakı ilə seminar keçirilib
Bakı, 2 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Goranboy rayonunda və Gəncə şəhərində işəgötürənlərin iştirakı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması”, “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” və “İşçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində işəgötürənlərin maarifləndirilməsi” mövzularında seminar keçirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Goranboy rayonu və Gəncə şəhəri ilə yanaşı, Yevlax, Mingəçevir, Naftalan, Samux, Göygöldən olan işəgötürənlər, təhsil işçiləri, Ombudsmanın Gəncə Regional Mərkəzinin nümayəndələri iştirak ediblər.
Seminarda qanunvericilikdə uşaqların əmək hüquqlarının həyata keçirilməsində təminatlar, qeyri-rəsmi məşğulluğun işçilərin sosial-əmək hüquqlarının pozulmasına təsiri, insan hüquq və azadlıqlarının təmin olunması və digər mövzularda müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]