CƏMİYYƏT
Gəncədə, Xızıda və Qubada piyadaların ölümü və xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisələri baş vermişdir
Bakı, 2 aprel (AZƏRTAC). Gürcüstan vətəndaşı Pünhan Aşurov sürdüyü “Mercedes” markalı avtomaşınla Gəncə şəhərində yolu keçən şəhər sakini Nazim Musayevi vurmuşdur.
Qəza nəticəsində xəsarət almış N.Musayev xəstəxanaya yerləşdirilmişdir.
Xızı rayonunun Yeni Yaşma qəsəbəsində Loğman İsmayılov idarə etdiyi “Toyota Prado” markalı avtomobillə yolu keçən 60-65 yaşlı kişini vurmuşdur.
Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişmişdir.
Quba rayonunun Timiryazev qəsəbəsində İlqar Şıxbabayev sürdüyü “Mercedes C-180” markalı avtomobillə yolu keçən qəsəbə sakini Həbibulla Kərimovu vurmuşdur.
Qəza nəticəsində piyada hadisə yerində ölmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]