REGİONLAR
Gəncənin su və kanalizasiya sistemi yenilənir
Gəncə, 29 mart, AZƏRTAC
Dövlət Proqramına uyğun olaraq Gəncənin su və kanalizasiya sisteminin yenilənməsi sürətlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Almaniyanın İnkişaf Bankı ilə Azərbaycan Hökumətinin birgə layihəsi əsasında həyata keçirilən yenidənqurma işlərinin birinci mərhələsi başa çatdıqdan sonra layihənin ikinci mərhələsinə başlanılıb. Layihəyə əsasən 576 kilometr uzunluğunda paylayıcı içməli su xətti, 582 kilometr uzunluğunda isə kanalizasiya şəbəkəsi yenidən qurulmalıdır. Hazırda işlər şəhərin ən böyük yaşayış massivlərindən olan Bəxtiyar Əliyev və Əziz Əliyev küçələrində aparılır.
Qeyd edək ki, su və kanalizasiya xətləri çəkilib başa çatdıqdan sonra abonentlərin mənzillərinə smart-kart tipli sayğacların quraşdırılmasına başlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:23]
Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb
- 08.05.2024 [17:48]
Gəncədə “Yaradıcı müzakirələr” keçirilir
- 08.05.2024 [17:02]
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
- 08.05.2024 [16:57]
Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb
- 08.05.2024 [16:35]
Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb
- 08.05.2024 [16:34]