CƏMİYYƏT
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edəcək
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov noyabrın 4-də Biləsuvarda vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi, 1, Heydər Əliyev parkının ərazisi, rayon icra hakimiyyətinin binası ilə üzbəüz) başlanacaq.
Vətəndaşlar qəbula yazılmaq üçün Ağcabədi (050-515-29-00), Beyləqan (055-743-12-12), Biləsuvar (050-504-44-22) və İmişli (050-635-66-49) rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.