ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutunun elmi işçisi Düşənbədə keçirilən Beynəlxalq tədbirdə məruzə edib
Genetik Ehtiyatlar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq tədbir çərçivəsində keçirilən “Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyədə heyvan genetik ehtiyatlarının idarə olunmasına dəstək-GCP” layihəsinin yekun seminarında A.Məmmədov “Azərbaycanın kənd təsərrüfatı” mövzusunda məruzə söyləyib.
Tədbirə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri, Qazaxıstan, Türkiyə, Qırğızıstan və digər ölkələrdən olan alim və mütəxəssislər də qatılıblar.
A.Məmmədov, eyni zamanda, Tacikistanın “Soadat” südçülük kompleksi, qaramal üzrə Respublika Biotexnologiya Mərkəzi və heyvanlar üzrə Biotexnologiya Laboratoriyası ilə tanış olub.
Ayrı-ayrı ölkələrin mütəxəssisləri ilə heyvan genetik ehtiyatları sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.