Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Genişmiqyaslı quruculuq işləri, daim ön planda olan insan amili, innovativ inkişafa əsaslanan sosial-iqtisadi yüksəliş

Naxçıvan Muxtar Respublikasında ötən ayın ümumi mənzərəsini belə ifadə etmək olar

Naxçıvan, 8 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında ötən 25 ildə həyata keçirilən və alternativi olmayan inkişaf konsepsiyasının uğurlu nəticələri müstəqil Azərbaycan Respublikasının qazandığı ən böyük tarixi nailiyyətlərdən biridir. Xalqımızın böyük oğlu, fenomenal şəxsiyyət Heydər Əliyevin siyasi xəttinə, ideallarına sədaqət nümunəsi olan naxçıvanlılar dövlət vəsaitindən daha böyük inkişafa xidmət göstərmək baxımından həmişə yaradıcılıqla və maksimum qənaətlə istifadə etməyin, mümkün qədər çox və keyfiyyətli işlər həyata keçirməyin də nümunəsini göstəriblər. Naxçıvanın daxili imkanlarından, ehtiyatlarından, iqtisadi əlaqələrindən əldə olunan resurslar ardıcıl olaraq böyük inkişafa, sosial rifahın daha da yaxşılaşdırılmasına, insan kapitalının formalaşdırılmasına ünvanlanıb ki, bu da qazanılması vacib olan ən dəyərli nailiyyətdir. Bu diyarda böyük quruculuq proseslərinin əsas hərəkətverici qüvvəsi olan insan amilinin, mənəviyyat faktorunun, məsuliyyət duyğusunun əsas prinsiplər səviyyəsində formalaşması inkişafa dərin ictimai məzmun gətirib. Dövlət proqramlarının, infrastruktur layihələrin reallaşdırılması, lazımi islahatların vaxtında aparılması 30 ilə yaxındır, blokada vəziyyətində yaşayan bir məkanın yüksəlişini təmin edib.

Qonşu ölkələrlə iqtisadi-ticarət əlaqələri genişləndirilir

Sosial-iqtisadi inkişafı ilə yanaşı, ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyi də tam təmin edilən muxtar respublikanın qonşu ölkələrlə iqtisadi-humanitar əlaqələri genişlənib.

Oktyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Ali Məclisin Sədri səfirin diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndiyini, iqtisadi sahədə razılaşmaların əldə olunduğunu bildirib.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında əməkdaşlığın inkişaf etdiyini və gediş-gəlişin artdığını diqqətə çatdıran Ali Məclisin Sədri Cavad Cahangirzadənin səfərini Azərbaycan-İran əlaqələrində Naxçıvana verilən önəm kimi dəyərləndirib.

Təhlükəsizlik məsələləri diqqətdə saxlanılır

Təhlükəsizliyin təmin edilməsi hər bir dövlətin mövcudluğunun, onun gələcək inkişafının əsas şərtlərindəndir. Dövlətin təhlükəsizliyinin əsasında isə dövlət sirri təşkil edən məlumatların mühafizəsi, məxfiləşdirilməsi və qanunauyğun istifadəsi dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 17 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yaradılmasında da əsas məqsəd dövlət sirri haqqında qanunvericiliyin muxtar respublikada həyata keçirilməsini təmin etməkdən, bu sahədə normativ-hüquqi aktların və metodik sənədlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün dövlət orqanlarının fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Komissiyanın yaradılması bu sahədə fəaliyyətin gücləndirilməsi və qarşıya qoyulan vəzifələrin icrasına xidmət edir.

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın fəaliyyəti barədə keçirilən müşavirədəki çıxışında bu məqamları diqqətə çatdıran Ali Məclisin Sədri həmin komissiyanın fəaliyyət istiqamətləri barədə müvafiq tapşırıqlar verib.

Dövlətimizin başçısının “Ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır” fikri daim əsas götürülür

Müasir dövrdə intellektual potensialı, insan kapitalı olmayan heç bir diyarın inkişafı mümkün deyil. Məhz buna görə də muxtar respublikada təhsilə dövlət qayğısı göstərilir, elmi potensial gücləndirilir, mövcud insan kapitalından səmərəli istifadə olunması diqqətdə saxlanılır. Burada AMEA Naxçıvan Bölməsinin yaradılması, 3 ali təhsil müəssisəsinin fəaliyyət göstərməsi, internet resurslarının və elmi kitabxanaların formalaşdırılması, təhsil və elm müəssisələri arasında interaktiv əlaqələrin qurulması və müasir nəşriyyatların istifadəyə verilməsi elmin inkişafı üçün geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərmanları ilə Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikasının mükafatlar Komissiyasının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun, bu il isə Elmin İnkişafı Fondunun yaradılması muxtar respublikada bu sahədə yeni mərhələnin əsasını qoyub.

Oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə çıxış edən Ali Məclisin Sədri dövlətin sosial-iqtisadi qüdrətinin, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin, cəmiyyətin mədəni tərəqqisinin və xalqın rifahının elmin inkişaf səviyyəsi ilə birbaşa bağlı olduğunu vurğulayıb, bu istiqamətdə görüləcək kompleks işlərlə bağlı müvafiq tapşırıqlar verib.

“Elmdə son hədd, axırıncı tədqiqat anlayışı yoxdur. Elm davamlı inkişafdır. Bu inkişafla ayaqlaşmaq isə günün tələbidir”, – deyən Ali Məclisin Sədri çıxışını Prezident İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması isə elmin inkişafı olmadan mümkün deyildir”.

Yaradılan ən müasir səhiyyə infrastrukturu insan amilinə verilən dəyərin ifadəsidir

Bu gün muxtar respublikamızda yaradılan ən müasir səhiyyə infrastrukturu insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Səhiyyənin əsas sahələrindən biri də təcili tibbi yardım xidmətinin təşkilidir. Ona görə də muxtar respublikada səhiyyə müəssisələri qurularkən ilkin tibbi yardımın həyata keçirilməsi üçün hərtərəfli şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Yeni təcili tibbi yardım avtomobillərinin təqdim olunması da bu istiqamətdə reallaşdırılan tədbirlərin davamıdır. Oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 10 təcili tibbi yardım avtomobili təqdim olunub.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri muxtar respublikada infeksion xəstəliklərin, eləcə də ana və uşaq ölümlərinin qarşısının alındığını, həmçinin təcili tibbi yardımın təşkili zamanı ölüm hallarının qeydə alınmadığını bildirib, bütün bunlara görə səhiyyə işçilərinə təşəkkür edib. Sonra Ali Məclisin Sədri təcili tibbi yardım avtomobillərinin açarlarını təqdim edib.

Orta İxtisas Polis Məktəbinin yaradılması hüquq-mühafizə orqanlarının peşəkar kadrlarla təminatına imkan verir

Həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində bu gün muxtar respublikamızda sabitlik, əmin-amanlıqdır. Dövlət başçısının qayğısı ilə digər sahələrlə yanaşı, polis orqanları üçün də müasir iş şəraiti yaradılıb, maddi-texniki baza təkmilləşdirilib. Bütün bunlar da polis orqanlarının peşəkar kadrlarla təminatını zəruri edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin yaradılması da bu sahədə görülən işlərin tərkib hissəsidir. Hüquq-mühafizə orqanlarının orta rəis heyətinə olan tələbatını ödəyəcək belə bir məktəbin fəaliyyətə başlaması muxtar respublikanın təhlükəsizliyinə və gənclərdə dövlətçiliyə xidmət fəlsəfəsinin formalaşmasına hesablanmış vacib qərar kimi mühüm tarixi əhəmiyyətə malikdir.

Oktyabrın 14-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib.

Tədbirdə iştirak edən Ali Məclisin Sədri kursantları salamlayıb, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin yaradılması və məktəb üçün müasir tədris kompleksinin istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik edib. Ali Məclisin Sədri tədris prosesində elektron dərsliklərdən istifadə olunması, kursantların atəş hazırlığına və qidalanmasına diqqətin artırılması, eləcə də yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar verib, qarşıya qoyulan vəzifələrin icrasında hər kəsə uğurlar arzulayıb.

Taxılçılıq inkişaf etdirilir

Muxtar respublikada torpaq mülkiyyətçilərinin texnika, toxum və gübrə təminatı, qapalı suvarma şəbəkələrinin qurulması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması taxılçılığın inkişafına və bol məhsul istehsalına imkan verir.

Oktyabrın 17-də Ali Məclisin Sədri “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl əkini sahələrində olub, taxıl əkininin gedişi ilə maraqlanıb.

Ali Məclisin Sədri torpaq mülkiyyətçiləri arasında aqrotexniki qaydalara əməl olunması ilə bağlı maarifləndirmə işlərinin aparılması, əkin atlaslarına əməl edilməsi, əkinə cəlb olunmuş texnikalara yerində texniki xidmətin göstərilməsi, qapalı suvarma şəbəkələri qurulacaq ərazilərin xəritələşdirilməsi, payız suvarma mövsümünə başlanılması və taxıl əkininin mütəşəkkil başa çatdırılması barədə aid qurumlara tapşırıqlar verib.

Ərazi bütövlüyümüzün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərə və şəhid ailələrinə daim qayğı göstərilir

Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobillərinin verilməsi, onların tibbi və sosial bərpası muxtar respublikamızda daim diqqət mərkəzində saxlanılır. Görülən işlərin davamı olaraq oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə Naxçıvan şəhərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, eləcə də hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığı məhdudlaşmış 23 nəfərə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə “Naz-Lifan 320” markalı minik avtomobili təqdim olunub. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

“Bu gün ölkəmizin inkişafında, müstəqilliyimizin qorunmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində əməyi olanlara hərtərəfli qayğı göstərilir. Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanlara minik avtomobillərinin təqdim olunması bunu bir daha təsdiq edir. Dövlətimiz tərəfindən göstərilən bu diqqət hər kəs üçün nümunədir”, - deyən Ali Məclisin Sədri xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə avtomobillə təmin olunanlara təşəkkür edib, sonra Sədri avtomobillərin açarlarını təqdim edib.

Oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının təqdimat mərasimi keçirilib.

Ali Məclisin Sədri dövlət müstəqilliyimizin və torpaqlarımızın qorunmasında həyatını qurban verən şəhidlərimizin xatirəsini yad edib, şəhid ailələrini, veteranları, Naxçıvan Muxtar Respublikasındakı ordu, birləşmə və hissələrin şəxsi heyətlərini, təltif olunanları və onların timsalında bütün muxtar respublika əhalisini Müstəqillik Günü münasibətilə təbrik edib, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi yolunda hər kəsə uğurlar ­arzulayıb.

Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının medallarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarını təqdim edib.

Bölgələr inkişaf etdirilir və sakinlərin rahat yaşayışı təmin olunur

Bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar əhali rifahının yüksəlməsinə və rahat yaşayışının təminatına hesablanıb. Quruculuq işlərinin və sosial proqramların miqyasının genişlənməsi dövlət-xalq birliyini daha da möhkəmləndirir.

Oktyabrın 21-də Ali Məclis Sədrinin iştirakı ilə Şərur rayonunun Muğanlı kənd tam orta məktəbinin, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, Muğanlı-Alışar kənd yolunun istifadəyə verilməsi bu sahədə görülən işlərin davamı kimi bölgələrin inkişafına və sakinlərin rahat yaşayışına xidmət edir. Burada yaradılan şərait dövlətin öz vətəndaşlarına, kənd yaşayış məntəqələrinin inkişafına göstərdiyi qayğının təzahürüdür.

Şərur rayonunda aparılan quruculuq işləri Alışar kəndini də əhatə edib. Kənd və xidmət mərkəzlərinin inşa olunması, yolun yenidən qurulması Alışarın quruculuq xəritəsini tamamlayıb. Belə ki, 2004-cü ildə burada kənd tam orta məktəbi üçün yeni bina tikilib. Neçə illərdir ki, bu kəndin uşaqları müasir məktəb binasında təhsil alırlar. Oktyabrın 21-də yeni sosial obyektlərin istifadəyə verilməsi isə yaşayış məntəqəsinin simasını tamamilə dəyişib. Muğanlıda olduğu kimi, burada da elektrik xətləri yenilənib, rabitə və qaz xətləri dəyişdirilib, kənd yolu yenidən qurulub.

Təhsil strategiyası uğurla həyata keçirilir

Təhsil strategiyasının uğurla həyata keçirilməsi nəticəsində muxtar respublikada müasir təhsil şəbəkəsi formalaşdırılıb. Bu günədək diyarımızda 200-dən artıq ümumtəhsil məktəbi də daxil olmaqla, 300-dən çox təhsil müəssisəsi tikinti və yenidənqurmadan sonra istifadəyə verilib, təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilib, məktəblər ən müasir avadanlıqlarla təmin olunublar. Ümumtəhsil məktəblərinin informasiya təminatı 6000-ə yaxın kompüter, 650-dək elektron lövhə, laboratoriyalar, fənn kabinələri və digər texniki avadanlıqları əhatə edir. Məktəb kitabxanaları 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin olunub. Görülən tədbirlər təhsilin müasir inkişafına, eyni zamanda güclü intellektual və kadr potensialının hazırlanmasına şərait yaradır. Bu səbəbdən ötən tədris ilində muxtar respublika üzrə buraxılış imtahanlarının nəticələri Azərbaycan üzrə orta statistik göstəricidən yüksək olub.

Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ali Məclisin Sədri təhsilin yeni mərhələdə inkişafını təmin etmək üçün müvafiq tapşırıqlar verib.

Ali Məclisin Sədri müşavirədəki çıxışında deyib: “Muxtar respublikada təhsilin inkişafı beynəlxalq aləmə inteqrasiya, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, yüksəkixtisaslı kadr hazırlığı işinə müasir yanaşmanı əhatə etməklə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasətinə əsaslanır”.

Məktəbdənkənar təhsil müəssisələri uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkilində mühüm əhəmiyyət daşıyır. Ona görə də muxtar respublikada məktəbdən­kənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir. Hazırda diyarımızda 36 məktəbdənkənar təhsil müəssisəsi vardır. Həmin müəssisələr arasında fəaliyyət imkanlarının genişliyi baxımından Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi xüsusilə seçilir. Ali Məclis Sədrinin tapşırığı əsasında yaradılan innovativ dərnəklər mərkəzin fəaliyyətini daha da gücləndirir. Oktyabrın 26-da mərkəzdə innovativ dərnəklər fəaliyyətə başlayıb.

Ali Məclisin Sədri yaradıcılıq mərkəzində olub, dərnəklərin fəaliyyəti ilə maraqlanıb. Muxtar respublika rəhbəri bundan sonra da mərkəzdə gənclərin hərtərəfli hazırlanacağına əminliyini bildirib, kollektivə gələcək işlərində uğurlar arzulayıb. Ali Məclisin Sədri, həmçinin muxtar respublikanın rayonlarında da məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, peşə məktəblərində və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə yeni innovativ dərnəklər yaradılması barədə tapşırıqlar verib, bu sahədə görülən işlərin nəticəsi olaraq gələcəkdə dərnək üzvlərinin əl işləri və bacarıqlarını nümayiş etdirən festivallar keçirilməsinin əhəmiyyətini qeyd edib.

Rahat infrastruktur təminatı yaradılan kəndlərin sayı artır

Güclü iqtisadiyyata və sosial rifaha hesablanmış islahatlar quruculuq işlərinin miqyasını xeyli genişləndirib. Bunun ən bariz nümunəsi isə muxtar respublikamızda hər il abadlaşan, bütün sahələrdə rahat infrastruktur təminatı yaradılan kəndlərin sayının artmasıdır.

Oktyabrın 28-də Ali Məclis Sədrinin iştirakı ilə Babək rayonunun Gülşənabad kəndində məktəb binasının, kənd və xidmət mərkəzlərinin, avtomobil yolunun istifadəyə verilməsi də bir yaşayış məntəqəsinin timsalında ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir.

Kənddə görülən işlər insanların rahatlığı və yaşayış məntəqəsinin gələcək inkişafı üçündür. Təbii ki, görülən işlər içərisində ən vacibi Gülşənabad kənd ümumi orta məktəbinin istifadəyə verilməsidir. Belə ki, bu günədək kənddə ibtidai məktəb fəaliyyət göstərirdi və lazımi tədris şəraiti olmayan binada yerləşirdi. Həmin məktəbi bitirən şagirdlər qonşu kənddəki məktəbdə təhsillərini davam etdirirdilər. Bütün bunlar isə tədrisin keyfiyyətinə öz təsirini göstərir, müəyyən çətinliklər yaradırdı. Lakin ən müasir tədris avadanlıqları ilə təmin olunmuş məktəb binasının istifadəyə verilməsi və Ali Məclis Sədrinin tapşırığı ilə təhsil ocağının ümumi orta məktəbə çevrilməsi burada həm müəllim, həm də şagird sayının artmasına səbəb olub. Bütün bunlar təhsilə, gələcəyimizə göstərilən böyük diqqət və qayğının növbəti nümunəsidir.

Qardaş ölkənin müstəqillik bayramı qeyd edilib

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.

Ali Məclisin Sədri rəsmi qəbulda iştirak edib, Türkiyənin müstəqillik bayramı – Cümhuriyyət elan edilməsinin 96-cı ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib.

Muxtar respublika rəhbəri çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, qardaşlığıdır. Bu, əsas məsələdir və biz dostluğumuzun, qardaşlığımızın möhtəşəm binasını bu təməl üzərində inşa edirik”.

İcbari tibbi sığorta uğurla tətbiq olunur

Muxtar respublikada icbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətinin keyfiyyətinin daha da artırılmasına töhfə verir. Ali Məclis Sədrinin müvafiq fərman və sərəncamlarına əsasən muxtar respublikada icbari tibbi sığortanın tətbiqi təkamül yolu ilə aparılıb, tələb olunan kadr, avadanlıq, təlim, resurs və infrastruktur təminatı uğurla həyata keçirilib. Artıq muxtar respublikanın Sədərək, Şərur və Kəngərli rayonlarında bu iş başa çatdırılıb. Bu aydan isə icbari tibbi sığorta Şahbuz rayonunda tətbiq edilir. Oktyabrın 31-də bununla əlaqədar tədbir keçirilib. Tədbirdə iştirak edən Ali Məclisin Sədri Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi münasibətilə rayon əhalisini və tədbir iştirakçılarını təbrik edib.

Həmin gün Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 1-dən etibarən Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiq olunması, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən muxtar respublikada icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərin birgə nəzarətdə saxlanılması, monitorinqlərin aparılması, bu sahədəki yeniliklərin öyrənilərək tətbiq edilməsi, Ordubad, Culfa və Babək rayonlarında da icbari tibbi sığortanın tətbiqi sahəsində işlərə başlanılması və qısa müddətdə başa çatdırılması barədə aid qurumlara tapşırıqlar verib.

Naxçıvan gələcək inkişafına etibarlı zəmin olan dövlətçilik yolu ilə inamla irəliləyir

Dayanıqlı inkişafı təmin etmək üçün məqsəd və hədəflərin düzgün müəyyənləşdirilməsi müasir dövrdə, xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu gün məqsəd və hədəflərin düzgün müəyyənləşdirildiyi Naxçıvan Muxtar Respublikasında əldə olunan nailiyyətlər, tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, gələcəyimizə göstərilən diqqət və qayğı, müasir dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər uğurların zəmanətinə çevrilib. Oktyabr ayının nəticələrinə diqqət yetirdikdə bir daha əminlik yaranır ki, qədim diyarımızda əldə olunmuş inkişaf göstəriciləri bundan sonrakı dövrdə də növbəti nailiyyətlər üçün əsaslar yaradır. Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf siyasətini bu gün qətiyyətlə reallaşdıran Naxçıvan gələcək inkişafına etibarlı zəmin olan dövlətçilik yolu ilə inamla irəliləyir.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-da aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək