Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Georgian Industrial Group”un Direktorlar Şurasının sədri David Bejuaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edim.

Sizə möhkəm cansağlığı, ailənizə əmin-amanlıq, yeni Azərbaycanın qurulması kimi şərəfli tarixi missiyanızı davam etdirmək üçün enerji diləyirəm. Dost və qardaş Azərbaycan xalqının uğurlarını sevinclə müşahidə edir, Sizə və bütün ölkənizə firavanlıq, yeni-yeni müvəffəqiyyətlər və layiqli həyat arzu edirik.

Biz daha güclü, vahid, dinc və inkişaf edən Azərbaycan görməyi arzu edirik. Əminik ki, Azərbaycan Sizin rəhbərliyinizlə bundan sonra da yeni uğurlar qazanacaq, böyük və nurlu ümidlər, geniş və real imkanlar ölkəsi kimi qalacaq.

Doğum gününüz mübarək, hörmətli İlham Heydər oğlu!

Sizə və ailənizə ən xoş arzularla və dərin hörmətlə,

 

David Bejuaşvili

“Georgian Industrial Group”un Direktorlar Şurasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin