Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib
Bakı, 7 avqust, AZƏRTAC
Argentinanın paytaxtı Buenos-Ayresdə nümayişçilərlə polis arasında toqquşmalar baş verib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, etiraz aksiyası zamanı bir neçə nəfər xəsarət alıb. Saxlanılanlar var.
Aksiya iştirakçıları "Şəxsi mülkiyyətin toxunulmazlığı haqqında" qanun layihəsinə etiraz etmək üçün Konqresin qarşısında toplaşıblar. Bir qədər sonra etirazçılarla polis arasında toqquşma baş verib.
Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edib.
Aksiyaçılar əcnəbilərə torpaq satışı qaydalarının dəyişdirilməsi ilə bağlı qanun layihəsinə etiraz edirlər. Onlar xarici vətəndaşların torpaq mülkiyyətinin icazə verilən faizini 15 %-dən 25 %-ə qədər artırılmasına qarşı çıxırlar.
Hakimiyyət mübahisəli müddəanı ləğv etsə də, etirazlar davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]