Ötən iki gündə 76 cinayətin açılması təmin olunub
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da və 20-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 10 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 30 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 39,1 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Kultivasiya yolu ilə yetişdirilmiş 31 narkotik tərkibli bitki aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 1347 narkotik tərkibli bitki isə aşkarlanaraq məhv edilib.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 11 tüfəng, 2 patron darağı və 35 ədəd patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər də saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [09:25]
“Səhər danışarıq...” – şəhid Hacıəli Qasımovun yarımçıq qalan son sözü
- 21.09.2026 [09:10]
“Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb
- 21.09.2026 [09:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- 21.09.2026 [08:23]
Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb
- 21.09.2026 [07:56]
Sabunçu rayonunda fərdi yaşayış evində yanğın baş verib
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:56]
Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR
- 20.09.2026 [22:17]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [22:14]
Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib
- 20.09.2026 [21:31]
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib
- 20.09.2026 [20:56]
Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib
- 20.09.2026 [20:55]
Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub
- 20.09.2026 [20:54]
Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH
- 20.09.2026 [20:35]
Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib
- 20.09.2026 [20:21]
Bu saata olan əsas xəbərlər
- 20.09.2026 [20:00]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:44]
Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar
- 20.09.2026 [19:34]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [19:03]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:46]
Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib
- 20.09.2026 [18:34]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [18:10]