Azərbaycan Dövlət İnformasiya Agentliyi

Etnoqraf: Milli geyim gündəlik həyatımızın bir hissəsinə çevrilməlidir

Bakı, 21 sentyabr, AZƏRTAC

Milli geyim yalnız bayram tədbirlərinin bir hissəsi olmamalı, həm də gündəlik həyatda öz yerini tapmalıdır. Çünki milli geyim xalqın mədəni irsinin mühüm tərkib hissəsidir.

Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində “Milli Geyimlər Günü” çərçivəsində tarix üzrə fəlsəfə doktoru, etnoqraf, “Etnoqrafik Tədqiqatlara Dəstək” İctimai Birliyinin İdarə Heyətinin sədri Günay Çapay deyib.

“Bu, həqiqətən də xüsusi gündür. Azərbaycanda da “Milli Geyim Günü”nün keçirilməsini çoxdan arzulayırdıq. Bu gün dünyanın bir çox ölkəsində milli ənənələrə qayıdış müşahidə olunur. Qazaxıstanda, Özbəkistanda, Türkmənistanda, Yaponiyada, Hindistanda və digər ölkələrdə milli geyimlərdən yalnız mərasimlər zamanı deyil, gündəlik həyatda da istifadə olunur. İstərdik ki, bizim milli geyimlərimiz də yalnız toylar, xına mərasimləri, Novruz və digər bayram tədbirlərində deyil, gündəlik həyatda da geyinilsin. Bunun üçün xalqımızın öz geyimlərini tanıması, anlaması və dəyərləndirməsi vacibdir”, - deyə G.Çapay bildirib.

Etnoqrafın sözlərinə görə, milli geyimlərin qorunması yalnız onların nümayiş etdirilməsini deyil, həm də elmi cəhətdən öyrənilməsini tələb edir

Bununla əlaqədar “Milli Geyim Günü” çərçivəsində “Etnoqrafik Tədqiqatlara Dəstək” İctimai Birliyi Bakı Fotoqrafiya Evində Azərbaycan geyim mədəniyyətinə həsr olunmuş elmi-praktik seminar keçirib.

“Məruzəm Səfəvilər dövrünün geyim mədəniyyətinə həsr olunmuşdu. Geyimin formalaşmasının xüsusiyyətlərindən, onun inkişafına təsir göstərən amillərdən, eləcə də həmin dövrdə geyimin ictimai və mədəni həyatda rolundan danışdım”, - deyə həmsöhbətimiz bildirib.

Seminarda İctimai Birliyin Elmi Tədqiqatlar bölməsinin rəhbəri Aytən Əsədova “Arxeoloji tədqiqatlarda qədim geyim nümunələrinin tapıntıları” mövzusunda məruzə ilə çıxış edərək arxeoloji qazıntılar zamanı aşkar edilmiş materialları təqdim edib. Beynəlxalq Əlaqələr bölməsinin rəhbəri Günel Rəhimli isə “Qızılbaşların tacı – Səfəvilərin baş geyimləri” mövzusunda çıxış edərək bu atributun tarixi və əhəmiyyəti barədə məlumat verib.

“Beləliklə, biz geyim mədəniyyətinə müxtəlif istiqamətlərdən yanaşdıq – arxeoloji materialları, Səfəvilər dövrünün geyim tarixini və mədəniyyətini, eləcə də baş geyimlərinin simvolik xüsusiyyətlərini nəzərdən keçirdik. Əsas məqsədimiz milli geyimi yalnız vizual və estetik nümunə kimi deyil, həm də xalqımızın tarixini, mədəniyyətini, dünyagörüşünü və etnoqrafik xüsusiyyətlərini əks etdirən mühüm mənbə kimi təqdim etməkdir”, - deyə etnoqraf vurğulayıb.

G.Çapay milli geyimlərin ənənəvi rəqslərlə sıx əlaqəsini də qeyd edib. Onun sözlərinə görə, rəqs geyimlərinin elementlərinin əsas hissəsi ənənəvi geyimlə üst-üstə düşür, ayrı-ayrı dəyişikliklər isə ilk növbədə rəqsin ifası zamanı sərbəst hərəkəti təmin etmək zərurəti ilə bağlıdır.

“Ənənəvi baş geyimlərində araqçından, şaldan və kəlağayıdan istifadə olunurdu. Müasir səhnə geyimlərində ifanın rahatlığı üçün bəzən daha yüngül materiallardan istifadə edilir, lakin ənənəvi geyimin əsas elementləri qorunub saxlanılır”, - deyə o bildirib.

Etnoqraf vurğulayır ki, bu gün gənclərin milli mədəniyyətə marağı sosial şəbəkələrdə də özünü göstərir. Onun sözlərinə görə, ölkədə keçirilən mədəni tədbirlər də gənc nəslin milli ənənələri öyrənməsinə kömək edir.

“Milli Geyim Günü” çərçivəsində etnotəqdimat da keçirilib. G.Çapay tərəfindən hazırlanmış kompozisiyada gənc iştirakçılar ənənəvi məişətlə bağlı etnoqrafik səhnələri, o cümlədən bulaqdan su gətirilməsi və şal bağışlanması səhnələrini təqdim ediblər.

“Milli geyim yalnız keçmişə aid deyil. Onu qorumaq, öyrənmək və müasir formatda təqdim etmək lazımdır. İstərdim ki, “Milli Geyim Günü”nün keçirilməsi ənənəsi davam etsin, milli geyimlər isə gündəlik həyatımızın bir hissəsinə çevrilsin”, - deyə həmsöhbətimiz əlavə edib.

Qeyd edək ki, Azərbaycanda “Milli Geyim Günü” ilk dəfə 2026-cı il sentyabrın 19-da İçərişəhərdə keçirilib. Tədbirin təşəbbüskarı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu olub. Tədbirin əsas məqsədi milli geyim irsinin təbliği, tarixi-etnoqrafik dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi olub.

“Milli Geyim Günü” çərçivəsində sərgilər, elmi-praktik seminarlar, milli rəqslər, tarixi və müasir geyim kolleksiyaları, ustad dərsləri və digər mədəni proqramlar təqdim olunub.

Müxbir – Lalə Minasazova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib